Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oğlanlara nəyi bağışlamaq olmaz?

Əl qaldırırsa
Sizə çırtma da vursa bağışlamayın, çünki növbəti zərbə çırtma olmayacaq.

Xəyanət
Xəyanətin böyüyü, kiçiyi olmur. Xəyanət edənin ürəyində sevgi olmur. Bağışlasanız, and içsə də, yenə edəcək.

Yalan
Olub-keçənlər haqqında sizə düzgün məlumat verir? Bəs olacaqlar haqqında dedikləri düz olur? Cavabınız ?yox?dursa, uzaq durun ondan! Yalan danışan adam hər cür pisliyi edər sizə. (Bura kiçik, zərəsiz yalanlar aid deyil)

Vecinə deyilsə
Yanınızda yoxmuş kimi davranırsa, sizinlə bağlı heç nə ilə maraqlanmırsa, artıq o sizin deyil deməkdir.

Xəsislik
Pula simiclik edən sevgisinə də simic olur. Sizin üçün nəsə etməyə heyfi gəlirsə, bəhanələr gətirirsə, özünüzü nə vaxta qədər aldadacaqsınız?

Alçaltmaq
Sizi kiminsə yanında alçaldırsa, xətrinizə dəyən, qürurunuza toxunan hərəkət edirsə, əsla bağışlamayın! Bagışlamağınız, dediyi, etdiyi hər şeyi qebul etməyinizdir.

Hörmətsizlik
Bir münasibətdə sevgi qədər hörmət də vacibdir. Şəxsiyyətinizə hörmətsizlik edən biri ile münasibət qurmağı ağlınıza gətirməyin!

Dəyişdirməyə çalışmaq
Sizi ya olduğunuz kimi qebul etməlidir, ya da heç başlamayın. Başladıqdan sonra dəyişdirməyə çalışan biri böyük 1 səhv edir deməkdir.

Kobudluq
Heç kimin bir başqasına kobud davranmağa haqqı yoxdu. Kobudluğa adət etmiş adamı düzəldə bilməzsiniz. Həmin an ayrılın.

İçki ve narkotika
Xəbəriniz olduğu an ayrılın. İnsanı dəyişdirən 2 şey varsa, bunlardır. Həm də tərgitmek bəzən 1 ömür alır.


Tarix: 29.12.2012 / 18:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 356 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...