Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın böyük qüvvədir...

Bütün aqil insanlar bir məsələdə həmfikirdirlər. Zamanından, dövründən asılı olmayaraq, onlar etiraf edirlər ki, qadın xarakterinə, təbiətinə, xislətinə bələd olmaq dünyanın ən müşkül məsələsidir. Bir sözlə, dünyanın gərdişinə varanlar bilir ki, qadın dünyası bütün planetlərdən uzaq və mübhəmdir. Onun haqqında deyilənlər bu müəmmanın heç yüzdə birini də açıqlamır. Hər halda bu gün sizinlə "yüzdə bir belə açıqlamalara" nəzər salacağıq.

Balzak qadınlarda işğalçı ruhu görüb: "Qadınlar özgəsinə mənsub olan kişiyə qələbə çalmağı sevirlər".

Monikinin görümüncə, onlar çox səbirsizdirlər: "Kişilərin səbri illərlə, qadınlarınkı dəqiqələrlə ölçülür".

Qadın səbirsiz olsa da, hər halda həssasdır. Lomarkın sözlərilə desək, "qadın həssaslıqla hər şeyi çox tez duyur, anlayır, yalnız mühakimə etdikdə yanılır".

Davfresnin fikirləri isə qadının yalnız xarici gözəlliyini qiymətləndirənlər üçün maraqlı olacaq. Xatırladırıq ki, Davfresninin fikirlərinə ehtiramla yanaşsanız, gələcək peşmançılıqdan yaxa qurtararsınız. Onun təbirincə, qadınların gəzinti zamanı tovuzquşu kimi bəzənməsinə elə də bənd olmaq lazım deyil. Çünki yazıçı uzun illərin müşahidəsindən belə nəticə çıxarıb ki, "qadınlar yalnız görüşlər zamanı göyərçinə, evdə isə qarğaya oxşayırlar". Dostoyevski isə deyəsən, yaman aldanıb. Çünki o, qadının aldatmaq məharətinə heyran qalaraq, fikirləşib ki, "qadın hətta hər şeyi görən Allahı da aldada bilər".

Qadınların geniş ürəyinə, günahları bağışlamaq bacarığına gəlincə, A.Hüsse onları eqoizmdə günahlandırıb: Qadınlar yalnız özləri ədalətsiz olduqda, qarşısındakından da bağışlanılmaz günah işlətdikdə bağışlayırlar".

H.Heyne isə isbata ehtiyacı olmayan aksiomanı təkrar edib: "Tarixə yalnız kişilərin adı düşsə də, dünyanı qadınlar idarə edir". Qadın nifrətindən də uzaq olun. O sizə nifrət etsə, bilin ki, özünüzə ən qəddar düşmən qazanmısınız. A.Hüsse bu nifrətə bələdçilikdə sizlərə yardımçı ola bilər: "Onun sizə necə nifrət etdiyini bilmək istəyirsinizsə, onun sizi necə sevdiyini xatırlamağınız kifayətdir". Qadının bir zəif damarı var: məhəbbət! Belə ki, məhəbbətdə şahı gədadan ayırmayan Ulu yaradan qadına da güzəştə getməyib. Ən ağıllı qadını elə yanıldıb ki, bunu sözlə də ifadə etmək çətindir. Aqillər qadınlar haqqında müxtəlif fikirlər söyləsələr də, bu məsələdə həmrəydirlər. Venevedinov qadının məhəbbətdə həmişə axmaqlığa yuvarlandığı, çinlilərsə hamıdan ağıllı qadının hamıdan axmaq kişini sevdiyi qənaətindədir.

Gözəllik təcəssümü sayılan qadının özü də gözəllik əsiridir. Çirkin qadınların halına acıyan Mabiyevin sözlərilə desək, "qadın elə bircə çirkinlik dərdini bütün həyatı boyu qəlbində saxlayır". Bu dərdin dözülməzliyindən qaçanlarsa, eynən Krılovun müşahidəsinə əl atırlar: "Hamıdan çirkin olsa da, elə qadın yoxdur ki, güzgü onu onun kifayət qədər gözəl olduğuna inandırmasın".

Şekspirsə qadının vicdanına aludədir. Onun fikrincə, "qadını ciddilik deyil, vicdan mühafizə etməlidir". Bütün bu deyilənlərə Maksim Qorkinin sözlərilə nöqtə qoyaq: "Qadından ölümdən qaça bilmədiyin kimi qaça bilməzsən".


Tarix: 29.12.2012 / 17:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 385 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...