Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəriyə Gündəlik Qulluq

Dərinin daima cavan və təravətli qalması üçün ona hər gün qulluq etmək lazımdır.

Üz daha çox diqqət çəkir, buna görə də ona gündəlik qulluq xüsusi olmalıdır. Qızıl qayda mövcuddur: üzün gözəlliyini və cavanlığını qoruyub-saxlamaq istəyirsinizsə, yaş dəyişikliklərilə yetərincə tez mübarizə aparmağa başlamalısınız.

Dəriyə düzgün qulluq özündə aşağıdakı tərkibi birləşdirir.

Problemi daxildə axtarmaq
Dərinin elastikliyinin və sağlam görünüşünün yoxa çıxması yalnız qeyri-əlverişli xarici amillərlə deyil, həmçinin orqanizmdə baş verən pozuntularla bağlıdır, məhz bu səbəbdən özünə qulluq kompleksli şəkildə aparılmalıdır.

İlk növbədə sutkada 8 saatdan az yatılmamalıdır – yalnız onda dəri sağlam görünəcək.
İkinci zəruri şərt – düzgün qidalanmadır. Nə yediyinə diqqət ayırmaq olduqca vacibdir, belə ki, qida rasionunda həddən artıq şirin, acı, duzlu və yağlının tətbiqi dəriyə mənfi təsir göstərir. Bundan savayı, qida tarazlaşdırılmalı və vitaminlərlə, minerallarla zəngin olmalıdır.
Üçüncüsü – bioloji əlavələr və vitaminlər həmçinin əlavə qidalanmanı təmin edəcək. Onları kurs şəklində, bir neçə ay ara verməklə qəbul etmək lazımdır.
Ara-sıra dincəlməyi və tamamilə boşalmağı bacarmaq az əhəmiyyətli deyil, çünki məhz bu halda orqanizmimiz streslərə dayanıqlı ola bilər.

Sualın qiyməti
Gözəllik qurban tələb edir – bu köhnə həqiqət, təəssüf ki, doğrudur. Özü də o, yalnız mənəvi və fiziki deyil, həm də maddi qurban tələb edir. Dəriyə qulluq zamanı qənaət etməklə istədiyiniz effekti ala bilməyəcəksiniz.

Ucuz vasitələr, demək olar ki, arzu olunan nəticəni əldə etməyə imkan vermir, əvəzində “lüks” dərəcəli vasitələr həqiqətən mümkün olan çətinliklərdən yaxa qurtarmağa kömək edir.

Müntəzəm qulluq
Maksimal effekt üçün hər gün öz üzünüzə qulluq etməlisiniz – yalnız kosmetik vasitələrdən gündəlik istifadə dəridə yarana biləcək çətinliklərdən qaçmağa imkan yaradar.


Tarix: 23.12.2012 / 14:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 352 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...