Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yorğun cildlər üçün maska…

Yorğunluğun aradan qaldırılması Üçün Düstur 1

Yuxusuzluq, gündəlik həyatın stressi, siqaret kimi faktorlar sayəsində dərimiz mənfi təsirlər altında qalır və yorğun düşür. Yorğun dəri isə parlaqlığını itirər və tez yaşlanmağa meyilli olar… Buna dayan demək üçün isə dərini istirahət etdirən, cavanlaşdıran maskalar tətbiq olunmalıdır. İndi biz sizə evdə edilməsi asan olan bir neçə maska təqdim edəcəyik.

İstifadə ediləcək Vəsaitlər:
1 şüşə mineral su
1 ədəd limon
3 yemək qaşığı körpə yağı

Hazırlanması:

Mineral suyu təmiz bir qaba boşaldıb içinə yarım limonu sıxın. Daha sonra içinə körpə yağını əlavə edin yaxşıca qarışdırın. Qarışığı bir sprey şüşəyə boşaldın. Dərinizə bərabər bir şəkildə püskürtmək surətiylə tətbiq edin. Bu düstur eyni zamanda yaxşı bir makiyaj altıdır.



Yorğunluğun aradan qaldırılması Üçün Düstur 2



İstifadə ediləcək Vəsaitlər:

1 şüşə mineral su
şüyüd

Hazırlanması:


Şüyüdü blenderdən keçirərək parçalayın. Mineral suyla qarışdırın. Boş bir buz qəlibinin içərisinə bu məhlulu boşaldın. Donduqdan sonra istifadəyə hazırdır. Hər gün bir ədəd buz qəlibini üzünüzün hər yerinə bərabər olaraq gəzdirin.

Dərinizə gümrahlıq qazandıracaq.


Tarix: 24.12.2012 / 19:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 280 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...