Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təbii yollarla yetkinlik sızanağının müalicəsi

Yetkinlik sızanaqları həm oğlanlarda, həm də qızlarda həddi-buluq çağında hormon tarazlığının pozulduğu illərdə baş verir. Bundan başqa yeniyetməlik zamanı bağırsaqda, qaraciyərdə baş vermiş hər hansı bir problemə görə üzdə sızanaqlar yarana bilər. Bu yaşda ortaya çıxan sızanaqlara qidalar da çox təsir göstərə bilir. Belə ki, çox miqdarda tərəvəz və meyvə qəbul edən insanlarda sızanağa çox az rast gəlinir, əgər rast gəlinirsə də dərin izlər buraxmır.

Yetkinlikdə yaranan civzələr 1-2 il ərzində keçib gedir, amma elə insanlar var ki, 30 yaşa qədər bu davam edir. Hətta bu civzələr daha çox böyüyüb qaşına bilər, ağrılı keçə bilər.

Bu civzələr əksər vaxtlarda alın, çənə və müəyyən zaman keçəndən sonra kürəkdə meydana gəlir. Bu cür vəziyyətlərdə hökmək bol tərəvəz və meyvələr qəbul olunmalıdır.

Yetkinlik sızanaqlarından azad olmaq üçün üsullar:

yumurta, süd və süd məhsulları qəbul etmək
soğan, sarımsaqdan imtina edilməməli
mövsümə görə üzüm qəbul etmək, yaxşı olar ki, səhərlər iki stəkan ağ üzüm suyu içəsiniz
unutmayın ki, qəbizlik də sızanağa səbəb ola bilər
dəri hər zaman mütləq təmiz olmalıdır
qaraciyərdə problem varsa həkimə müraciət olunmalı və dərhal müalicə olunmalıdır
təbii otlardan hazırlanmış çayları da qəbul etmək bu problemdən azad olmaq üçün yaxşı üsuldur.


Tarix: 23.12.2012 / 14:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 376 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...