Tərkibində kimyəvi maddələr olmayan maddələr dəriyə düzgün qulluğu təmin edir.
Təbii kosmetik vasitələr son bir neçə ildir ki, artıq çox istifadə olunmaqdadır. Mütəxəssislər belə qeyd edirlər ki, təbii kremlərin tərkibində rəngləndirici, mineral və silikon yağları olmur. Bunun üçün də dəriyə qulluq birbaşa bitki mənşəli maddələrdən keçir. Dəri tipindən asılı olaraq təbii kremlərin tərkibindəki bitkilər də dəyişir. Belə ki, quru dərililər üçün kremlərin tərkibində zeytunyağı, qarışıq cildlər üçün olanlarda aloe bitkisinə, həssas dərilər üçün nəzərdə tutulanların tərkibində isə çobanyastığına xüsusi yer verilir.
Bədən dərisi üz dərisindən çox incə və quru olduğuna görə badam tərkibli kremləri seçə bilərsiniz. Bitki tərkibli kremlər dərinin normal nəfəs almasını da tənzimləyir.
Bundan başqa, həmçinin təbii tərkibli şampunlar da saçların bir müddət təmiz qalmasını təmin edir. Buğda toxumundan alınan təsirli yağdan istifadə saçlara inanılmaz bir parlaqlıq qatar.
Tarix: 25.12.2012 / 20:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 255 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri