Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gündəlik qulluğun komponentləri.

Hazır vasitələrdən istifadə edərkən hər şeydən öncə onların qutuda və ya tübikdə göstərilən təsvirinə diqqət yetiririk, əvəzində, demək olar ki, krem, maska və s.-nin tərkibinə daxil olan komponentlər haqda və onların necə təsir etdiyi barədə heç nə bilmirik.

Ev şəraitində hazırlanmış vasitələr bu məqamda müəyyən üstünlüklərə malikdir. Həmin vaxt dərinizə uyğun reseptdən istifadə edə bilərsiniz. Ancaq bu vasitənin də öz çətinlikləri var. Hər bir komponentin necə istifadə edildiyi və dəriyə hansı təsir gücünə malik olduğunu müəyyənləşdirmək lazımdır.
Təmizləyici vasitələr

Dəri üçün nəzərdə tutulmuş hazır təmizləyici vasitələr yuyunmada istifadə olunan müxtəlif cür köpükcüklər, muslar, gellər, çeşidli sabun növləri və s.-dən ibarətdir. Bu vasitələr dəri piyinin çox hissəsini çıxarır ki, bu də həmişə əsasən yağlı dərilərə o qədər də effektli olmur. Belə ki, həddən artıq yağdan təmizləmə piy vəzlərinin daha fəal işləməsilə nəticələnir.

Ev vasitələri digər yanaşmanı ehtimal edir – “oxşar oxşarın içində əriyir”, yəni yağ tərkibli və yağ əsaslı ərzaqlardan, həmçinin gil, soya, narınlanmış dənlər, çəyirdək, ot və s.-dən istifadə təklif olunur. Beləliklə, təbii vasitələr maksimal qurumadan qoruyur.
Təravətləndirici vasitələr

Heç şübhəsiz, yalnız hər hansı bir vasitə dərinin normal fəaliyyətdə olması üçün zəruri olan hər şeylə təmin edə bilmir, elə bu səbəbdən də müəyyən vasitəni seçmək və onu təravətləndirici adlandırmaq olduqca çətindir.

Çiçəkli, termal və ya mineral suyu, hidrolatları, bitki həlimləri və cövhərlərini, su əsaslı kompleks maddələri şərti olaraq tonik adlandırmaq olar.
Nəmləndirici vasitələr

Üzə qulluq zamanı dərinin buynuz qatını nəmləndirmək yetərlidir. Bütün nəmləndirici vasitələri iki qrupa bölmək olar: birinci qrup dərinin səthində qalanlar, ikincilərsə buynuz qatının daxilinə keçənlərdir. Birincilər daha iri molekullardan ibarət olub, sanki, nəmi “bağlayır” və pərdə yaradaraq onun buxarlanmasını yavaşıdır, amma zaman keçdikcə dartınma hissi yaradır. Pərdənin daha gec quruması üçün bu cür vasitələrin tərki-binə müxtəlif cür yağlar yeridirlər.

İkinci qrup komponentlər daha uzunmüddətli nəmləndirməni təmin edir, belə ki, onlar dərinin dərinliyinə yeriyirlər. Bu vasitəni də birinicisi kimi dəridən yumurlar.

Müxtəlif kosmetik vasitələrin hazırlanmasında istifadə olunan sidik cövhəri və süd turşusu qabıqverici təsirə malikdir. Bundan savayı, onlardan dermantinin müalicəsi zamanı da istifadə etmək olar.
Qidalandırıcı və müdafiə vasitələri

Bizim dərimiz yağlı turşuları parçalaya və istifadə edə bilir. Sonuncular tam qulluq üçün nəzərdə tutulmuş əsas yağların tərkibinə daxildir. Beləcə, buynuz qatına bütövlük verən və dərinin elastikliyinin qorunub-saxlanmasında təkan rolunu oynayan, ona zərərli maddələrin keçməsinə əngəl törədən lipid baryerin saxlanması üçün yarımdoymuş yağ turşuları tələb olunur. Məhz bu səbəbdən dəriyəqulluq vasitələrinin tərkibinə qara qarağat, boraqo, primula yağları daxil olmalıdır.

Ev şəraitində vasitələrin hazırlanmasında yağların 10%-i aş-mamasına diqqət yetirmək lazımdır, yeganə müstəsna – quru qocalan dəri üçün nəzərdə tutulan vasitələrdir ki, onların tərkibində yağ nisbətən çox ola bilər. Yağlı dəri üçün yaxşı hopan olein turşulu yağlar uyğundur.


Tarix: 22.06.2013 / 13:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 107 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...