Valideynlərə hörmətsizlik cəmiyyətin çürüməsinin göstəricisidir
Ana-ataya hörmətsizlik müasiri olduğumuz dövrün ən böyük problemlərindəndir Hər kəs əlindən gəldiyi qədər bu problemə qarşı mübarizə aparmalıdır “Çox təəssüf edirəm”, “Valideynlərə hörmətsizlik məni məyus edir”, “ana-ataya olan sayğısızlığı görəndə gözlərim yaşarır” deməklə sosial vəzifəmizi bitmiş hesab etməli deyilik Məsələ ilə bağlı birbaşa fəaliyyətimiz olmalıdır Əvvəla bilmək lazımdır ki, ana-ataya hörmət Allahın əmridir Ancaq bu əmrə riayət olunmur
Dünya miqyasında yalnız İslam coğrafiyasında bəzi gözəl nümunələr qalmaqdadır Hələ də bir çox müsəlman ailələrində ana və ataya hörmət göstərilir, onların qayğılarına qalınır, valideynlərə itaət olunur Ana-ataya sayğı məsələsində olduqca həssas davranmasalar da, ümumi götürdükdə, onları döymürlər, söymürlər, üzünə açıq şəkildə bozarmırlar Əksinə, onları yedirib-içirirlər, nazlarını çəkirlər, əllərindən gəldiyi qədər problemlərini həll etməyə çalışırlar
Bir çox məsələdə bizə nümunə kimi sırınan Avropada isə bu məsələ bizdəki kimi deyil Onlarda Ana-Ataya münasibət heç də xoş ünsiyyətə əsaslanmır Övlad müəyyən yaşa gəldikdən sonra valideynlərindən ayrılır, yaşlı ana-atasının necə yaşayacağı ilə maraqlanmır
Dövlət bu problemi müəyyən qədər də olsa həll etmək üçün yaşlı insanların sosial müdafiəsini gücləndirir ki, mümkün sosial partlayışın qarşısını ala bilsin
Sözügedən mövzu olduqca aktualdır Məktəblərdə, məscidlərdə, sosial aktivliyin olduğu hər yerdə bu məsələnin üzərində ciddi şəkildə durulmalıdır Ailələrdə də bu istiqamətdə təbliğat aparılmalıdır Valideynlər öz valideynlərinə hörmətlə yanaşmalıdırlar ki, övladları da onlardan nümunə alsınlar və bu, zəncirvari şəkildə nəsildən nəsilə ötürülsün
Bir mütəfəkkir ana-atasına üsyan edəni insan cildinə girmiş canavara bənzədir Həqiqətən də, valideynlərinə hörmətsizlik edənləri gördükdə insanın içindən “Allah bu insanları niyə canavar surətində yaradıb?” demək keçir
Valideynə hörmət məsələsi vicdanlarda dərin şəkildə duyulmur Bu, bir vəba kimi dünyaya yayılmaqda davam edir Bu vəba Qərbdə başladı Daha sonra “müasirlik” surətində dünyanı dolaşmağa başladı, hətta bu məsələdə mühafizəkarlığı ilə tanınan İslam aləminə də müəyyən qədər sirayət edib Sanki bütün dünyada belə bir düşüncə hakimdir ki, ana və ata övladı böyüdüb boya-başa çatdırdıqdan sonra onların bu dünyada yaşamağa haqları yoxdur Bunun nəticəsidir ki, artıq şəhərlərdə gənc ailələr ayrı yaşayırlar, babanın nəvə ilə birlikdə yaşadığı ailələrə demək olar ki, rast gəlmirik Bu, artıq rayonlara, kəndlərə də yayılmağa başlayır
Gün keçdikcə qocalar evlərinin sayı artır Guya bu evlərdə məskunlaşanlar, daha doğrusu, məskunlaşmağa məhkum edilənlər burada özlərini yaxşı hiss edirlər Bu, əsla inandırıcı deyil Qocalar evində şərait nə qədər gözəl olsa da, doğma ailənin əvəzinə verə bilməz İstərsə qocalar evi çox gözəl bir dənizin kənarında yerləşsin, ən müasir avadanlıqlar təchiz edilsin, ən gözəl yeməklər verilsin, yenə də o, kasıb bir ailə atmosferini əvəz edə bilməz
Valideynlərə hörmətsizlik bir cəmiyyətin çürüməsinin göstəricisidir Əgər yaşadığımız toplumda ana-atanın qocalar evlərinə yerləşdirilməsi kütləviləşirsə, yaxud da ailədə valideynə hörmət edilmirsə, yaşlı ana-ata bu və ya digər formada təhqir olunursa, çox ciddi sosial problemlərlə qarşı-qarşıyayıq deməkdir
Valideynin haqqından üstün haqq ola bilməz Onların haqları əzizdir Onların haqları Allahın haqqından sonra gəlir Ona görə də hər birimiz ana-atamıza qarşı həssas olmağa, onların qayğısını çəkməyə, əmrlərinə riayət etməyə məcburuq Onları razı sala bilsək, Allah da bizdən razı qalar
Tarix: 18.05.2013 / 14:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 115 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri