Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dırnaq boyasını dayanıqlı etməyin yolları

1. Boya çəkməzdən əvvəl dırnaqlarınızı artıq çıxıntılardan təmizləyin. Beləliklə, dırnaq boyası rahat çəkiləcək.

2. Dırnaq boyasının təzəliyinə fikir verin və çəkməzdən əvvəl çalxalayın.

3. Dırnaq boyasını dırnağınızın ortasından çəkməyə başlayın və fırçanı 3 dəfə hərəkət etdirməklə tamamlamağa çalışın.

4. Dırnaq boyasını ikiqat çəkmək istəyirsinizsə, bir neçə dəqiqə gözləyin, daha sonra bir də çəkin.


5. Dırnaq boyasını çəkdikdən sonra heç bir iş görmədən qurumasını gözləyin.

6. Dırnaq boyasını çəkdikdən sonra dırnaq qoruyucu vasitələrdən istifadə etməyə çalışın.

7. Dırnaq boyasına zərər verən sərt səthlərdən özünüzü gözləyin.

8. Kimyəvi maddələrdən - qabyuyan, hamam, tualet təmizləyicilərindən istifadə edirsinizsə, mümkün qədər əlcəklərdən istifadə etməyə çalışın.


Tarix: 14.06.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 49 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...