Qadınsız Ev... >>> ŞEİR
Çiyinlərdə yerin-göyün qəmidir,
Ah çəkirsən asimana yetişir.
Qadınsız ev-
Tufandaki gəmidir,
O nə batır,nə limana yetişir.
Ağır dərdlər faciənin gücüdür,
Nə sevinib, nə də gülə bilirsən.
Qadınsız ev-
Xəstəxana küncüdür,
Nə diridir,nə də ölə bilirsən.
Fəlakətdə neçə-neçə sirr yatır,
Səni yıxır,polad kimi o sınmır.
Qadınsız ev-
Günəşsiz bir dünyadır,
Nə od yansa, qızınmır ki, qızınmır.
Sən bir quşsan,ruhun sınmış qanaddır,
Heç baxma ki, külək sərin,meh ilıq…
Qadınsız ev-
Ulduzsuz kainatdır,
Həmdəmindir sükut ilə qaranlıq.
Ey kişilər!
Sevginizi əzizləyin cahanda,
Qadınlığın sədaqətdir ilk adı.
Vay o gündən-
Ömrün axır anında,
Gözünüzü qapayanda olmadı!
Tarix: 09.06.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 88 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...