Səhər yuxudan ayıldıqdan sonra əzələlərinizi fəallaşdırmaq üçün 5 dəqiqə yüngül gimnastika edin. Sonra ilıq duş qəbul edin. Bu gün ərzində sizə komfort hissi bəxş edəcək. Bundan sonra üzün dərisilə məşğul olmağın vaxtıdır. Yuyunduqdan sonra üzünüzə dərinizə uyğun seçdiyiniz gündüz kremi çəkin. 15-20 dəqiqə sonra evdar və yaxud işgüzar qadın olmağınızdan asılı olmayaraq, makiyaj edin. Təbii ki, hər iki halın özünə uyğun makiyajı var. Evin içində parlaq, tam makiyajla dolaşmaq düzgün deyil, ancaq makiyajsız gəzmək də böyük səhvdir! Qadın əvvəlcə öz evində gözəl görünməlidir. Bundan sonra nə geyinəcəyinizi dəqiqləşdirin və gündəlik işlərinizə başlayın. Bir də unutmayın ki, evdə məhz xalatla gəzmək vacib deyil… Daha doğrusu, lazım deyil!
Özünə baxmağın davamı isə axşam, yuxudan öncədir. Bu zaman proseslər səhərkinin tam əksidir. Yəni səhər istifadə etdiyiniz bütün ənlik-kirşanı axşam təmizləmək lazımdır. Yatan zaman üzünüzdə heç bir makiyaj qalığı olmamalıdır. Hətta gecə kremlərindən də hər gün istifadə etmək məsləhət deyil. Yuxudan öncə üzünüzü lasyon, yaxud toniklə tam təmizləyin. Əllərinizə və ayaqlarınıza qidalandırıcı krem çəkin. Gözünüzün üzərinə 5 dəqiqəlik çay kompresi qoymaqla günün yorğunluğundan qurtula bilərsiniz. Yuxudan qabaq şotka daraqla saçınızı bir neçə dəqiqə darayın. Bu, saçınızı gün ərzində çökmüş tozdan azad edəcək və onların uzanmasına şərait yaradacaq.
Yuxuya gəldikdə isə, mütəxəssislər hesab edirlər ki, qadın axşam tez yatıb, səhər tez durmalıdır. Gündəlik yuxu saatı isə 8 saatdan bir dəqiqə də az olmamalıdır!
Bu gün nə bişirim?
Mətbəx ancaq qadınlara məxsus olan, məhz onların əmrlərinin keçdiyi yeganə məkandır. Bəlkə də elə bu səbəbdəndir ki, biz qadınlar mətbəximizi qoruyur, oraya kiminsə müdaxilə etməsini sevmirik. Hər qadının əlinin öz spesifik dadı var. Bir neçə qadının bişirdiyi eyni xörək heç vaxt eyni dada malik olmur. Ancaq hər halda mətbəximizi də həyatımıza uyğun şəkildə qurmalıyıq. Əksər qadınların işlədiyi müasir dövrdə mətbəx, həqiqətən də, böyük problemdir. Bu baxımdan, işinizi yüngülləşdirmək istərdinizmi?
Evdar qadınların mətbəxlə, demək olar ki, problemi yoxdur. Səhər erkəndən üzərində fikirləşdiyi «Bu gün nə bişirim» sualına cavab tamaq üçün onların kifayət qədər vaxtı var.
İşgüzar qadınları isə bu cəhət daim narahat edir. Buna görə də, indi verəcəyimiz məsləhətlər, əsasən, işgüzar qadınlara aiddir.İlk öncə, imkan daxilidə ailə bazarlığında özünüz də iştirak etməyə çalışın. Evə nəyin lazım olduğunu qadınlar kişilərdən daha yaxşı bilirlər. Bazara istirahət günündən bir gün öncə getsəniz yaxşıdır. Beləliklə, sabahı gün həm istirahətə, həm də gələn həftənin menyusunu hazırlamağa vaxt taparsınız. Həftə ərzində gərəyiniz olacaq ərzaqları əvvəlcədən alın. Məhsulları yarımfabrikat və yaxud yarım bişmiş vəziyyətdə saxlamalısınız. Məsələn, nə bişirəcəyinizdən asılı olaraq, əti doğramaq, çəkmək, sümüyündən isə bulyon hazırlamaq olar. Duru yeməyin gündəlik qida rasionunda böyük əhəmiyyət kəsb etdiyini, yəqin ki, bilirsiniz. Soyuducuda hazır bulyon olduqda çox qısa müddətdə müxtəlif yarma və lapşalardan (düyü, yulaf, makaron, əriştə) şorba hazırlaya bilərsiniz. Beləliklə, hər gün süfrənizdə başqa bir şorba olacaq.
mətbəx-qadınların KəbəsiGöyərtini təmizlədikdən sonra soyuq suda isladılmış dəsmala büküb saxlasanız o, uzun müdət təzə qalar, siz isə hər gün göyərti almaq və təmizləmək problemindən qurtularsınız.
Toyuğu duxovada diri bişirmək fikriniz yoxdursa, onu da əvvəlcədən doğrayıb hazır saxlayın. Toyuq asan bişən ət məhsuludur və ondan xörək hazırlamaq çox vaxt tələb etmir.
Həftədə bir-iki dəfə ətsiz xörək bişirin. Xolesterin və artıq çəkidən əziyyət çəkənlər bunu daha tez-tez edə bilərlər. Üstəlik, tərvəz ətə nisbətən tez bişir. Qaynadıldıqdan sonra süzülüb soyuducuda saxlanılan əti bir neçə gün sonra da bişirmək olar. Langetlik əti əvvəlcədən döyün. Meyvə və tərəvəzi soyuducuda saxlamaq lazım deyil. Soyuducu onların tərkibindəki vitaminləri öldürür.
Çəkilmiş əti də bişirəcəyiniz yeməyə görə hissələrə bölün və əlavələrini qarışdıraraq saxlayın. İşdən evə gələndən sonra ət çəkmək, çəkilmiş ətdən hissə ayırıb ona əlavələr etmək probleminiz olmasa, bircə saatın içində Azərbaycan ailələrinin çoxunun sevimli xörəyi olan dolmanı hazırlaya bilərsiniz.
Əgər evə sizdən tez gələn, lakin yemək bişirmək imkanı olmayan ailə üzvləriniz, məsələn, uşaqlarınız varsa, yeməyi bir gün əvvəl bişirib soyuducuda saxlayın.
Etiraf etmək lazımdır ki, işdən qayıtdıqdan sonra nə bişirəcəyini fikirləşmək xeyli vaxt aparır. Buna görə də həftəlik menyünü qabaqcadan hazırlasanız yaxşıdır. Menyüyə mütləq duru xörək də daxil edilməlidir. Uşaqlarınız azyaşlıdırlarsa, həftədə bir-iki dəfə mütləq şirniyyat bişirməlisiniz. Unutmayın ki, uşaqların qidasında şəkər ən əhəmiyyətli qida məhsuludur. Evdar qadınların bu baxımdan, heç bir çətinliyi yoxdur. İşdən gəldikdən sonra isə şirniyyat bişirmək… həqiqətən də problemdir. Sizin üçün ən asan çıxış yolu tez hazırlanan oladilər, yağda qızardılan peçenyelərdir. Yarımfabrikat şəkilində satılan və bir neçə dəqiqəyə hazır olan şirniyyat növlərindən də istifadə edə bilərsiniz.
Qadınlar evdarlıqla yanaşı, qənaət etməyi də bacarmalıdır. Hətta kiçik ailənin də normal qidalanması üçün müəyyən vəsait lazımdır. Unutmayın ki, xarab olan hər bir ərzaq sizin büdcənizə dəyən ziyandır. Qənaət etməyi isə heç kimə öyrətmək olmaz. Hərə öz qabiliyyətinə uyğun hərəkət etməlidir.
Tarix: 11.06.2013 / 20:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 295 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri