Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YATAQDA QADININ UTANCAQLIGI

Etiraf edin ki, siz xronik bir "utancaq" sınız! Tərəf müqabilinizə intimual sözlər söyləmək bir tərəfə, sevgilinizin yataqda istəmədiyiniz şeyləri etməsinə belə etiraz edə bilmirsiniz. "Belə gəlmiş, belə getməz" deyirsinizsə, o zaman addım-addım utancaqlıqdan xilas olmağın yolları QADINLAR.BIZ-də sizlər üçün! ...


Qoruyucudan istifadə eləməyini söyləməyə utanırsınız ...

Ona qoruyucudan istifadə etməsi lazım olduğunu söyləmək üçün ən uyğun zaman hansıdır? Evdən içəri girər girməz? Sevişməzdən əvvəl? Ya da tam cinsi əlaqə başlandığı anda? Utancaq bir qadın üçün bu problemin cavabı hər zaman "heç bir zaman" olacaq.

Çünki o hələ büshalterinizi açmaqla məşğul olarkən, siz tumbanın gözündən bir qoruyucu çıxardığınızda, pis bir reaksiyayla qarşılaşmaqdan qorxursunuz. Amma unutmayın ki, cinsi yolla yoluxan xəstəliklərə tutulmaq və ya hamilə qalmaq istəmirsinizsə, "qoruyucudann istifadə et" deməkdən başqa çarə yoxdur.

Utancaq bir aşiq olsanız belə, o sizi öpüb oxşayarkən prezervativi paketindən çıxarmaq sizə düşür. Əgər etiraz edəcək olsa, utancaqlığı bir kənara qoyub bu mövzuda ciddi olduğunuzu bildirin. Hətta "qoruyucu yoxsa intim də yox" kimi bir cümlə qurun.



Yataqda nə istədiyinizi söyləmək ...

Utancaq bir qadın olaraq yataqda nə istədiyinizi söyləməyə diliniz gəlmirsə, sadə bir açar kimi hər zaman istifadə olunan cümləmiz var sizin üçün: "danışma, göstər!"

Ona: "Məni möhkəmcə qucaqla, sonra da əlini bura qoy" demək yerinə möhkəmcə qucaqlayın və əlini oxşayaraq hara qoymasını istəyirsinizsə, ora sıxın. Yataqda cütlüklər hərəkətlərini qarşısındakına görə nizamlayır. Yəni siz cəld olsanız, qarşınızdakı da sürətlənəcək. Siz yavaşlarsanız o da yavaşlayacaq!

Yataqda nə istəmədiyinizi söyləmək ...

Yataqda tərəf müqabilinin etdiklərindən razı qalmadığını ifadə edən qadınların sayı olduqca azdır. Halbuki bu fikirləşdiyinizdən də asandır. "Ora toxunmağını istəmirəm" deyərək əlaqəni bərbad etmənizə ehtiyac yoxdur. Bilirsiniz ki, onun istəyi də sizi məmnun etməkdir. Bu vəziyyətdə yenə "göstərməniz" kafi olacaq. Ya da qulağına yüngülcə "Sevgilim bir az daha yavaş ol" deyə pıçıldaya bilərsiniz ...


Aybaşı olduğunu söyləmək ...

Yenə ayın o məlum günləri ... Öpüşməyə başlayırsınız, bir müddət sonra əli şalvarınızdan içəri sürüşür. Siz əlinizi sürətlə onun əlinin üzərinə qoyub dayandırırsınız. Çünki sevişəcək vəziyyətdə deyilsiniz.

Aybaşı zamanı sevişmək fərdi bir seçimdir. Bəzi qadınlar sevişir, bəzi qadınlar sevişmir. Əgər sevişmək istəmirsinizsə, bunu sevişmə nöqtəsinə gəlmədən söyləyin. Bunu söyləməyə utanırsınızsa, tualetdə onun görə biləcəyi bir gündəlik bez qoyun ... Başqa edəcək bir şey yoxdur!


Tarix: 24.05.2013 / 20:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 349 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...