Yazacağım bu məqalə çox evliliyin və ya qeyri-qanuni yaşayamların çox zaman törətdiyi ziyanlı nəticələrlə bağlıdır.Baxmayaraq ki,nəinki müsəlman ölkələrdə,başqa dinə mənsub ölkələrdə də ta qədimdən çoxevlilik olmuş,hal-hazırda da davam edir.Bu bəzən normal qarşılansada çox zaman tənqid hədəfi olmuşdur.Müasir zəmanəmizdə texnikanın sürətlə inkişafı telefon,internet vasitələri,xüsusi tanışlıq ünvanları artıqca çox təssüf ki,bəzi yüngül xasiyyətli qadınlar aldanaraq evli bir kişinin ov torunun qurbanına cevrilir.Mariflənmək üçün çoxlu bilik yerləri olsada qadınları aldadıcı kişi torundan qurtarmaq üçün televiziya və radio verlişlərində ,eləcə də xüsusi internet saytlarında ,məlumatlar yayımlansada bəzi qadınlar onları ayıltmaq istəyən bu məlumatlardan yan keçir.Bu hadisəni ya ehtiyacdan qurtulmaq,çətinliklərdən azad olmaq ,xoşbəxt olmaq istəyiylə bağlayırlar.Sonradan onlara dəyən zərbənin təsirindən ayıldıqda isə çox peşiman olsalarda təbii ki,sonrakı peşimançılıq fayda verməz.Belə aldanışların nəticəsi nə olur? Təbii ki,qadın ucuzlaşır,adiləşir.
Evli kişilərin toruna çox zaman hansı qadınlar düşür?
Yəqinki boşanmamış bir kişi başqa qadına meyil edib onu ya gizli ya aşkar bir yerdə saxlayırsa deməli o öz qadınını sevir,və ondan imtina etmək istəmir.Elə isə ikinci qadına yaxınlaşması nə səbəbdəndir?Çox-çox anlarda belə hallara səbəb qadının zahiri görünüşü və yüngül davranışı səbəb olur.Özünü ucuzlaşdıran qadın belə bir iyrənc torun qurbanı olur.Elə qadınlar varki əri və övladları olduğu halda başqasıyla qaçır.Evli bir kişi isə ya gizli yada aşkar hətta qadının yanına belə qadın gətirir.Bu da çox zaman boşanmanın bir səbəbi olaraq ailə dağılmasına gətirib çıxarır.Bir ailə qadını boşanırsa (təbii ki,yüngül qadın)əvvəlki ərindən intiqam almaq məqsədiylə ikinci,hətta üç və dördüncü evliliyə də əl atır.Belə qadınlar haqqında dahilərdən biri sitat da gətirmişdir:-Qadınlar qədər intiqam almaqdan zövq alan yoxdur-(Juvenal)
Çox evlilik və ayrılmaların ailədəki övladlara təsiri
Ailədəki ayrılmalar ata-ana münasibətindəki uyğunsuzluq və münasibət pozğunluğundan ən çox ailədəki övladlar əziyyət çəkir.Atanın və ya ananın ona yad olan başqa bir insana meyilliyi övladın xasiyyətində eqoistlik yaradır.Sanki o depresiyaya düşür.Cəmiyyətdən özünü ayrı hiss edir.O ata və anasına qarşı daima qəlbində bağışlanmaz hisslərlə,küskünlükə yaşayır.Belə ki,ögey valideyn ən yaxşı insan olsun belə yenə valideyn doğmalığın verə bilməz.
Şahidi olduğum hadisə
Mən yazdığım bu məqalə ilə bağlı çox hadisələrin şahidi olmuşam. Vəzifəli bir ata öz ailəsini atıb,başqa bir qadınla yaşayırdı.Ailəsini yalnız maddi cəhətdən təmin edirdi.Onun övladı öz yaşıdları arasında atasının onun üçün göndərdiyi bahalı geyimdə belə xəcalət çəkdiyinin şahidi olmuşam.Beləki onun yaşıdları arasında ən kasıbı atasının nəvazişindən və qayğısından danışdıqca vəzifəli şəxsin övladı kövrəlirdi.Bir ata ki,övladı yanında olmayacaq onu ancaq madii yardımla təmin edəcək o ata nəyə lazımdır? Bəzən belə ailənin uşaqları üzdə biruzə verməsələr də daxildə çox əzab çəkirlər.Ailə kiçik bir dövlətdir.Onun nə qədər məsuliyyətli olduğuna ötərəmi nəzər salınmalıdır? Bir ağır yük çəkilə bilməyəcəksə ,yarıda atılıb qaçılacaqsa nə üçün ailə qurulur? Bir ailəyə baxmağa güc çatmırsa onu yarıda buraxıb ikinci və ya üçüncü evlilyə niyə addım atılır?Məsəl var:-bir əldə iki qarpız tutmaq.Niyə günah bir odun parçasısa bir ocaq edilir? Sevib-sevgisindən Məcnun olacaq insan nə üçün başqasıyla dəyişilir?
Ayrılan qadının çətinlikləri
Ailədəki kişi öz ailəsini atıb başqa bir yerdə başqa qadınla yaşayırsa onun əvvəlki qadını işləmirsə əziyyəti daha çox olur.Uşaqlarının hər gün atam-hanı?və ya nə zaman gələcək sualını cavabsız qoyarkən çəkdiyi əziyyətlər,övladının istəklərinə madiyyat çatışmazlığı,qonşu uşaqların ataları evə gəldiyi zaman övladının həmin mənzərəyə boynu bükük kövrəlmiş halda baxmasını görən qadının həmin anlar çəkdiyi əzabları görmək çətindir. Çox zaman ailə yolunu ayrılmayan uzun bu yolu ikiyə bölən xəyanət olur.Çox hallarda xəyanət kişilər tərəfindən törənir.Yəqinki kişilər bu məqaləni oxuduqda məni qınayacaq.Mən bu məqaləni ancaq qadın düşkünü və ailə yükünü çəkə bilməyən o zəhmətə alışmayan kişilərə şamil edirəm.Çox zaman belə hallar imkanlı kişilər tərəfindən törənir.Pulun çoxluğundan istifadə edib başqa bir xanımla yaşamaq qərarına gəlirlər.
Hətta pulunun çoxluğundan lovğalanıb:-mən nəinki bir arvad hətta onun da ala bilərəm-söyləyən kişilər də olur.Qadınlar məndən sarı ölürlər.Amma belə kişilər üçün ölən qadınlar yəqinki həmin kişi çox kasıb təbəqəli bir sənət sahib olarsa(pulunu daşdan çıxaran olarsa) bir çörəyni pulunu güclə qazanacaq olarsa ona tərəf belə baxmazlar.Belə kişilər bilmir ki,belə qadınlar onları yox onların imkanını sevir.Bir gün o imkan yox olduqda çətinlik üz verdikdə ,xəstəlik ,qocalıq çatdıqda o qadınlar onu belə tanımayacaqlar.Əsl sevgiylə sevən yalnız bir qadın yanında olacaq. Bu cümləmi kişilər unutmasınlar:-Əgər siz evli ola-ola bir qadını sevib onu almaq onunla yaşamaq istəyirsinizsə o qadın da buna razısa onda həmin qadın sizi sevən yox sizin ən böyük düşməninizdir.Biz müasir dövürdə yaşamağımıza baxmayaraq hələdə bəzi qadınlarımız mariflənməyib.Əgər bunu təhsillə bağlayırıqsa yanılırıq.Bizim nənələrimiz müharibə dövründə üzlərini küllə boyayıb küçəyə çıxarmış ki,kimsə onu bəyənməsin.Namusuna bir eyib söz deyilməsin.Bəzən bəzi verlişlərə bir qadın yanında iki-üç uşaqla çıxırki bəs məni bir evli kişi aldadıb qaçırıb.Bəs sonrada bilməmişəm ki o evlidir bir neçə uşağı da var.Bir deyən yoxdur ki biz zorakılıq dövründəmi yaşayırıq ki,səni zorla qaçırsınlar? Yaxşı birini aldatdılar bəs başqaları?Utanmadan o kişilərdən kömək istəyirlər.Vay o günə kişi kasıb adam ola.Onda belə çıxır ki,birinci qadının uşaqlarınin çörəyi alınıb bu qadının övladlarına verilməlıdir?
Çox evliliyin kişilərə mənfi təsiri - bu yazının ardını isə sabah aktiv olacaq növbəti xəbərdə oxuyun...
Tarix: 17.05.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 246 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri