Tərs Üçbucaq Bədən Tipi
Çiyinləriniz ya da sinələriniz, ombalarınıza görə daha genişsə; tərs üçbucaq bədən tipinə sahibsiniz.
Çiyinlərinizi gizləmək istəyirsinizsə; tünd rəngli və reglan qollu üstlər ya da paltarlar seçməlisiniz. Sinələrinizi kiçik göstərmək istəyirsinizsə; V yaxalı bluzlar, düz pencəklər, beşbucaqlı yaxalı paltar, bluz və köynəklər seçməlisiniz.
Düzbucaqlı Bədən Tipi
Çiyinləriniz, sinələriniz və ombalarınız təxminən olaraq eyni ölçü sahibsə, belinizin oyuntusu müəyyən olmursa; düzbucaqlı bədən tipinə sahibsiniz.
Belinizi incə göstərmək və ortaya çıxarmaq istəyirsinizsə; üzərinizə tam oturan və belinizə vurğu edən peplum üstləri və pencəkləri seçməlisiniz. Basanlarınızı mütənasib göstərmək istəyirsinizsə; belinizdə bitəcək geniş çiyinli pencəklər seçməlisiniz.
Üçbucaq Bədən Tipi
Ombalarınız, çiyin və sinələrinizə daha böyüksə və belinizin oyuntusu varsa; üçbucaq yəni armud bədənə sahibsiniz.
Belinizi önə çıxarmaq istəyirsinizsə; peplum üstlərlə birlikdə belə bağlanan anvelop paltarlar, qalın ya da incə kəmərlər seçməlisiniz. Ombalarınızı balanslı göstərmək istəyirsinizsə; boru paça ya da İspan paça şalvarlar seçməlisiniz.
Qum Saatı Bədən Tipi
Çiyinləriniz, sinələriniz və ombalarınız birə-bir eyni ölçüdə və beliniz incəciksə; qum saatı bədən tipinə sahibsiniz.
Sinələrinizi önə çıxarmaq istəyirsinizsə; fırfırlı, büzgülü, böyük naxışlı, robalı, fiyonklu üstlər və paltarlar seçməlisiniz. Ombalarınızı diqqətə çarpanlaşdırmaq istəyirsinizsə; dar cinslər, yan cibi olan ətəklər və şar tipli paltarlar seçməlisiniz.
Tarix: 13.05.2013 / 20:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 125 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri