Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pis xəbərlər xanımları necə üzür?

Aparılan araşdırmalarda qəzetlərdə cinayət xarakterli "üzücü xəbərləri” oxuyan qadınların daha çox stress hormonu ifraz etdiyi müəyyənləşib. Kanadalı alimlərin fikrincə pis xəbər eşidən, yaxud oxuyan zərif cinsin nümayəndələri kişilərlə müqayisədə informasiyaya fərqli reaksiya verirlər. Nəticədə isə xanımlarda stress hormonu artır.Araşdırmanı aparanlar qəza və cinayətlərlə bağlı üzücü xəbərlərin bir neçəsini götürərək kişilər və qadınlar arasında müşahidə aparmaq fikrinə gəliblər. Qadın və kişi iştirakçılar 24 xəbəri 10 dəqiqə ərzində oxuyub bitiriblər. Sonradan isə onların üzərində stress testi deyilən bir test aparılıb.
Beləcə, kədərli, üzücü xəbərləri oxuyan qadınların daha çox stress hormonu ifraz etdiyi, kişilərin isə kortizol səviyyəsinin dəyişmədiyi ortaya çıxıb.


Tarix: 11.05.2013 / 13:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 82 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...