Sağlam səhər, düzgün yataq seçimindən başlar.
Nişi sisteminin birinci qaydası:
Ömrümüzün bəlli bir hissəsini yuxuda keçiririk. Yuxu deyəndə ağla ilk gələn yataqdır. Bəs yatağımızı düzgün seçə bilirikmi?
Əksər insanlar yumşaq yataqda yatmağı xoşlayır, bəziləri isə bunu lap xoşbəxtçilik sayır. Hətta nənə-babalarımız deyərdilər ki, “Qalin və yumşaqdır, elə bil şah yatağıdır” Əvvəllər mən də elə düşünürdüm. Amma Ərşad Əzimzadənin “Möcüzəsiz möcüzə ”kitabını oxuyanda fikirlərim dəyişdi.Sizinlə paylaşmaq istədim.Əminəm ki sizin də fikirləriniz dəyişəcək.
“Çarpayı o qədər düz və bərk olmalıdır ki, sizi incitməsin. Üstünüzə saldığınız örtük o dərəcədə nazik olmalıdır ki, üşüməyəsiniz.
Təbiidir ki, uzun illərin pis vərdişindən yaxa qurtarmaq o qədərə də asan olmayacaq. Bir müddət əzab çəkəcəksiniz, yuxunuz qaçacaq, dərhal yan üstə dönməyə cəhd edəcəksiniz. Bilin ki, əzab çəkməyə dəyər. Bunun mükafatı şirin yuxu,sağlam bədən və sağlam ruh olacaq. Arada hərdən yan üstə çevrilə biləcəksiniz. Amma bunu edəndə qəddinizi bükməyin,büzüşməyin,ən başlıcası isə özünüzü yenidən arxası üstə uzanmağa məcbur edin. Gec-tez bu vəziyyətə alışacaqsınız.
Soruşa bilərsiniz bunun sağlamlığa nə dəxli var? Əvvəla düz uzanarkən bədənin bütün hissələri yükü bərabər şəkildə bölüşdürür. Bir əzaya çox digərinə az ağırlıq düşmür, qan rahat yayılır. Ikincisi əzələlər yumşalır. Üçüncüsü ayaq üstə qalarkən yaxud iş masası arxasında əyləşərkən əyilən, yerindən oynayan fəqərələr imkan tapıb düzələcək. Bundan əlavə bərk yataq dərinin öz funksyasının düzgün yerinə yetirməyə şərait yaradır, qara ciyəri süzülüb lırt vəziyyətə düşməyə qoymur. Bədənin üst qatlarında yerləşən venalar qanı geri, ürəyə tərəf qovur. Bu da öz npvbəsində qara ciyərin fəal işləməsini təmin edir. Nəticədə gün ərzində bədənə yığılan bərk maddələr buradan kənar edilir. Lakin iş bununla bitmir, hərəkətverici sinirlər müxtəlif təzyiqlərə və gərilmələrə məruz qalmır.
Bizim sağlamlığımız qidadan asılı olduğu qədər , fəqərə sütünumuzun vəziyyətindən də asılıdır. Nişi xəbərdarlıq edirdi “Əgər yumşaq yataqda xumarlanan adam öz əsəblərinin atrofiya olmasına və iflic vəziyyətə düşməsinə imkan verirsə, xəstəliklər dəvət gözləmədən onun qapısını döyəcəklər”. Çünki əsəb telləri sıxılarkən qara ciyərin sekresiyası pozulur, bu da qantəmizləmə işinin pis aparılmasına səbəb olur, qan zibillənir və çirklənmiş qan bütün bədəndə dövran edir. Bunun nəticəsində də orqanlar xarab olur.
Nişi sisteminin birinci qaydası bizə azar-bezardan yaxa qurtarmaqla bərabər . heç vaxt xəstələnməmək şansı verir. Ona əməl edənlər həm qamətli və yaraşıqlı olur.”
Tarix: 17.05.2013 / 19:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 144 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri