Kişilər “nəyin bahasına olursa-olsun, ərə getməliyəm” düşüncəli qadınlardan qaçırlar.
Alimlər maraqlı tədqiqat aparıblar. Belə ki, məqsəd kişilərin hansı qadınlardan uzaq durmağa çalışdığını müəyyənləşdirmək olub. Tədqiqat göstərib ki, kişilər çox danışan, davakar, qısqanc, “nəyin bahasına olursa-olsun, ərə getməliyəm” düşüncəli qadınlardan qaçırlar.
Kişilərin düz 98%-i bildirib ki, onlar bütün diqqətini özünə, gözəlliyinə və tələbatlarına yönəltmiş “kraliça”lardan da uzaq qaçırlar.
Əksər kişilər isə ərindən boşanan analardan da uzaq olmağa çalışır. Açıq-aşkar kişinin "cibini güdən", münasibətlərdə rəfiqələrinin məsləhəti ilə oturub-duran qadınlar da arzuolunmazlar sırasındadır.
Qeyd edək ki, kişilər qayğıkeş, diqqətli, baxımlı, onlara daim dəstək olan qadınlara üstünlük verdiklərini qadınların diqqətinə çatdırıblar.
Tarix: 29.12.2012 / 18:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 248 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri