Ayrılıq Ağrısının Keçici Olduğunu Unutmayın...
Ayrılıqlar həmişə acı verər və zaman ən yaxşı dərmandır. Yaşamaqda olduğunuz bu müddətin keçici olduğunu bilməlisiniz. İnsanlara köməkçi olmaq istəyən kahin və tarot oxucusu Brenda, ayrılıq ağrısı çəkənlərin bu çətin müddəti mümkün olduğunca tez atlaması üçün tövsiyələri belədir:
1.Gərəksiz Bütün üÜnsiyyətləri Kəsin.
Çox lazım olmadıqca ayrıldığınız adamla danışmayın. Ayrıldığınız adamdan uşağınız varsa və ya aranızda hələ bağlamadığınız pul və maddi mövzularınız vs. o adamla (yalnız bu mövzuları danışmaq məqsədiylə) təmas qura bilərsiniz. Amma ortaq yoldaş və dostlarınızla söhbətlərinizdə belə o adamdan bəhs etməyin. Ortaq ictimai ətraf səbəbiylə eyni mühitlərə girməniz lazımdırsa, nəzakətlicə salamlaşmaq xaricində o adamla tək qalmayın və danışmayın.
2.Sizin Üçün Romantik Mənası Və Ya Xatirəsi Olan, O Adamın Sizə Verdiyi Əşyalardan Dərhal Xilas Olun.
Hədiyyələr, qeydlər, məktublar vs. Bunları ayrıldığınız adama geri verməyin. Maddi dəyəri olmayan əşyaları atın. Satıla biləcək olanları (geyimlər vs) satın və ya xeyr təşkilatlarına bağışlayın. Heç bir şərtdə bunların sizə geri gəlməyəcəyindən əmin olun.
3.Yoldaşlarınızla Daha Çox Vaxt Keçirin.
Çətin zamanlarda yoldaş dəstəyi əhəmiyyətlidir. Amma yoldaşlarınızı ağlama divarına çevirməyin. Onlarla birlikdə edəcəyiniz başqa fəaliyyətlər sizi əyləndirəcək.
4.Dərhal Başqa Bir Əlaqəyə Başlamayın!
Mismar mismarı sökər deyərək dərhal başqasıyla əlaqəyə girən insanlar vardır. Amma bu səhvdir! Başqa insanlarla tanış olmaq tamam amma başqa insanlarla romantik və cinsi əlaqəyə başlamaq üçün çox səhv bir dövrdəsiniz. Ürəyinizdə ayrılıq ağrısı varkən doğru adamı tapsanız belə doğru əlaqəni yaşaya bilməzsiniz.
5.Əyləncəli Və Yaradıcı Olun.
Daha əvvəl vaxt ayıra bilmədiyiniz üçün başqa bir zamana təxirə saldığınız bir şeylər edin. Rəqs kursuna gedin, məşqə başlayın.
6.Ayrıldığınız Adamın Heç Xoşlanmadığınız Mənfi Tərəflərini Düşünməyə Çalışın.
İnsanlar ayrılmışsa bir səbəbi vardır. Ayrılıq ağrısı yaşayarkən insanlar həmişə yaşanan xoşbəxt günləri düşünər amma bu düşüncənin sizə bir faydası olmaz. Özünüzə Ayrılmamız yaxşı oldu, çünki... deyə başlayan bir siyahı edin. Ayrılıq müddətini bir təmizlənmə müddəti olaraq düşündüyünüzdə psixoloji dəyişmənizi müsbət bir relsə oturda biləcəksiniz.
7.Ayrıldığınız Adam Haqqında Duyğularınızı Və Düşüncələrinizi Bir Kağıza Yazın.
Bu kağızı əsla o adama göndərməyə qalxmayın! Bu kağızı bir müddət saxladıqdan sonra yox edin getsin. Ayrıldığınız adama artıq duyğularınızı şərhin mənası yoxdur. Çünki o artıq sizin duyğularınızı əhəmiyyət vermədiyi üçün sizin həyatınızdan çıxıb getdi. Ona olan duyğularınızı şərhiniz onu geri gətirməz. Əksinə sizi zəif və patetik göstərər.
8.Tək Qalmaqdan Qorxmayın!
Dünyanın sonu deyil bu. Bu sizin yaşadığınız ağrıları və çətinlikləri yaşayan milyonlarla insan var yer üzündə. Özünüzü təkrardan yaxşı hiss edəcək və yeni birini necə olsa tapacaqsınız.
9.Romantik Sevginizi Ağlınızda Və Ürəyinizdə Tam Olaraq Bitirmədən Əvvəl Ayrıldığınız Adamla Dost Qalmağı Düşünməyin.
Ayrılarkən dost qalmaq nəzakətli bir xahişdir. Amma insanlar ayrıldıqları kəslərlə çox nadir olaraq dost qala bilərlər. Romantik tarazlığınızı təkrar yoluna qoyduqdan sonra, ancaq o zaman o adamla yoldaş olaraq davam etmək istəyib istəmədiyinizə qərar verə biləcəksiniz. Daha əvvəl deyil.
10.Ayrılıq Ağrısı Çəkərkən Spirtli İçkilərə Və Artıq Yemək Yeməyə qucaq Açmayın!
Ağrınızı unutmaq üçün başqası ilə imtim əlaqəyə girməyə də qalxmayın. Heç bir faydası olmaz!
Yaşadığınız bu ağrılı müddətin ən yaxşı dərmanı zamandır. Bu müddətdə özünüzə qarşı səbirli və nəzakətli olun. Ayrılıqdan ötəri özünüzü günahlandırmayın. Bu təcrübədən bir şeylər öyrənməyə çalışın. Yaşananların bir səhv deyil, irəliyə gedən yolda yaşadığınız bir öyrənmə müddəti olduğunu düşünün.
Tarix: 11.06.2013 / 20:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 183 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri