Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar kişilərdən daha məsuliyyətlidir

Britaniyalı alimlərin apardıqları araşdırmaya əsasən, kişilərlə müqayisədə qadınlar iş yerində daha çox ruh yüksəkliyi yaradır.

Təqaüdə çıxmağa az qalmış isə qadınlar daha fəal işləyirlər. Kişilərdə isə öz peşələrinə marağın qayıtması əmək fəaliyyəini başa çatdırdıqdan sonra müşahidə edilir. Araşdırmaların müəllifləri, Portsmut universitetinin professorları Van Laar və Saymon İston belə bir qənaətə gəliblər ki, hər iki cinsin nümayəndələri üçün təqaüdə çıxmaq yaşı artırılmalıdır. O da məlum olub ki, xanımlar öz karyeralarına işlərinə böyük məsuliyyətlə yanaşmaqla başlayırlar. Müəyyən illər keçdikcə ruh yüksəkliyində eniş hiss edilir. Lakin bu, kişilərdəki kimi yüksək deyil. Təcrübələrdə 9 şirkətin 4000 əməkdaşı iştirak edib.


Tarix: 16.05.2013 / 19:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 46 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...