Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamiləlik zamanı hansı kosmetikaları seçmək lazımdır?

Hamiləlik zamanı bir çox qadın cazibədar görünmək istəyir. Bunun üçünsə kosmetika sizə yardım etmiş olar. Bu dəfə ən az zərərli və daha məsləhətli kosmetikalardan danışacağıq.

Hamiləlik zamanı beş əsas qaydaya riayət etmək lazımdır:




1. Tonal krem.







Bacardığınız qədər daha az istifadə etməniz məsləhət görülür.Belə ki, hamiləlik zamanı dəri daha həssas olur. Kirşan və tonal kremdən imtina etməklə siz dərinizin rahat nəfəs almasını təmin etmiş olursuz. Yaxşı olar ki, nəmləndirici vasitələrdən istifadə edərək dərinizin qayğısına qalasız.Yeni kosmetik vasitələri sınaqdan keçirməkdən çəkinin. Çünki hamiləlik dövründə dəri allergik reaksiyalara daha həssas olur. Ev şəraitində hazırlanmış olan vasitələrdən uzaq durun.Çünki onlar daha çox allergik həssaslıq yarada bilər.




2. Gözlərə diqqət








Göz qələmi ilə gözlərinizi vurğulaya bilərsiz.Əgər gözləriniz tuşa qarşı həddən artıq həssasdırsa, onu şəffaf tuş ilə əvəz edə bilərsiz.




3. Dodaq boyası








Dodaq boyasının müntəzəm istifadəsi sağlamlığınıza ziyan vura bilər. Buna görə də dodaqlarınızı, məsələn, yeməkdən sonra boyamaq istədikdə yaxşı olar kı, nəmləndirici balzamdan istifadə edəsiz. Bu, dodaqları həm nəmləndirməyə, həm də parıltı verməyə kömək edər.




4. Ətir







Ətirdən bacardıqınız qədər ehtiyatlı istifadə edin.Ola bilsin ki, hamiləlikdən öncə sizin sevimli ətriniz sizdə ürəkbulanması və baş gicəllənmə yarada bilər. Daha yüngül ətirlər seçin. Sprey əvəzinə diyircəkli ətir və ya dezodorant istifadə edə bilərsiz.




5. Manikür








Hamiləlik zamanı manikürunuz haqda düşünməyə dəyər. Adətən bu dövrdə dırnaqlarda kasium çatmır və dırnaqlar sağlam görünməyə bilər.Kalsium tərkibli dırnaq boyasından istifadə edə bilərsiz.Dırnaqların sınmasından və laylanmasından qurtulmaq üçün dəniz duzu ilə əllərinizi vanna etmək lazımdır.



Hər bir hamilə qadına bu dövrdə gözəl və baxımlı olmağı arzulayıram!


Tarix: 16.05.2013 / 19:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 173 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...