Hansı fəslin Qadınısan?
Ən gözəl, ən əlçatmaz bir şeyə sahib olmaq istəyimiz, onu əldə etdikən dərhal sonra yorulmaq ehtimalımızın yanında kölgədə qalır. Xüsusilə də qadınlarda. Dəbdə olan bir geyimi əldə etdiyinizə sevinməyə macal tapmamış, rəfiqəmizdə ondan daha gözəl bir paltar görüb həvəsdən düşürük. Daha doğrusu, başqasının həvəsinə düşürük.
Özünüz kimi olmaq arzusu ilə, necə deyərlər, dələ kimi təkərin içində fırlanmaq artıq bir adətə çevrilib. Doğrudur, burda pis heç nə yoxdur, amma dəb hər halda dəbdir. Onun dalınca qaçmaq lazım deyil, izləmək isə vacibdir. Əks halda siz öz individuallığınızı itirə bilərsiz, eksperimentlər apara-apara isə təcrübə dovşanına çevrilərsiniz. Ancaq çox bahalı və çox dəbli əşyaların aludəçisi olmaq da məsləhət deyil. Bu cür geyimlə diqqət mərkəzində olacağınıza zəmanət yoxdur. Geyimi tamamlayan vacib bir aksesuarın - kosmetikanın varlığını unutmayın. Son dəbə uyğun geyim imkanı olan qadının, təbii ki, kosmetika seçimi də yüksəkdir. Ondan isifadə etmək qabiliyyətini isə tədqiq etmək, öyrənmək lazımdır. Əgər çox gözəl geyinməyinizə baxmayaraq, diqqətdən kənarda qalmaq istəmirsinizsə, onda əvvəlcə hansı tipə aid olduğunuzu müəyyənləşdirin. Yalnız bundan sonra bütün fikrinizi özünüzə toplayıb alış-verişə çıxa bilərsiniz.
Psixioloqların qadınları quşlarla, heyvanlarla, bitkilərlə uyğunlaşdırıb mütəlif tiplərə bölmələrinə çoxdan adət etmiik. Bu dəfə isə bizi fəsillərlə uyğunlaşdırırlar. Yəni hər qadın bir fəsilə uyğun gəlir. Lakin bu, o qədər də sadə bölgü deyil. Çünki qadınları saçının, dərisinin rənginə görə dörd yerə bölmək mümkünsüzdür. Ona görə də aşağıdakı tiplərin hər birinin alt tipləri də var. Qadınların dəyişkən xarakterləri onlara bu gün qış, sabah isə bahar olmağa imkan verir. Saçlarınızın, gözlərinizin rəngi, dərinizin çaları ilə ilin hansı fəslinə uyğun gəldiyinizi bilmək istəyirsinizsə, təklif olunan bölgüyə fikir verin. Ancaq bunu özünüz üçün etalona çevirməyin. Əslində, hər bir qadın individual yanaşmaya ehtiyac duyur.
Bahar
Bu tip qadınların dərisi açıq qızılı çalarda, fil sümüyü və şəftəli rəngində, saçları qum, saman çalarlarında, yaxud qızılı sarı olur. "Bahar" qadınları mavi, bozumtul mavi, bozumtul yaşıl, parlaq qəhvəyi rəngli gözlər tamamlayır.
Geyim üçün uyğun olan rənglər bozumtul mavi, açıq qəhvəyi, yasəmən və yaşıldır. Bütün tünd, soyuq rənglər və göy çalarlı qırmızı, ağla qaranın kombinasiyası tipinizə yaraşmayan rənglərdir. Onlardan bacardığınız qədər uzaq olmağa çalışın. Bu rənglər "bahar" qadınları azlıq içində belə görünməz edir. Kosmetika seçiminə gəldikdə isə, açıq qəhvəyi rəngli tonal krem, şaftalı və ərik rəngli ənliyə üstünlük verin. Göz kölgələrində ən ağlasığmaz rəglərdən istifadə edə bilərsiniz. Sarı, açıq yaşıl, zərif qırmızı, açıq qəhvəyi-çəhrayı göz kölgələrindən istifadə daha məqsədə uyğundur. Dodaq boyasını fındıq və zərif qızılgül rəngində, tuşu isə gözünüzün rənginə uyğun seçin.
Yay
Qadının bu tipə uyğun olduğunu zərif, həssas, açıq çəhryı dəri, platin sarısı, kül-sarı, kül-şabalıdı və xurmayı saçlar, mavi, bozumtul mavi, bozumtul yaşıl gözlərdən anlamaq olar. Bu qadınlar üçün uğurlu geyim tutqun, dağınıq rənglərdə olmalıdır. Əsasən tüstü mavisi, göy-mavi, yasəmən, asfalt, qəhvəyi-çəhrayı, yetişmiş gilənar rənglərinə üstünlük verilməlidir. Ağ da daxil olmaqla, bütün çox açıq və bütün isti (qızılı, narıncı) rənglər məsləhət görülmür.
Tonal kreminiz açıq-qəhvəyi-çəhrayı rəngdə olmalıdır. Yanağınıza təravət vermək üçün solmaqda olan qızılgül rənginə çalan şəffaf, çəhrayı, tutqun ənliklərdən istifadə edin. Göz kölgənizi paltarınızın rəngindən bir neçə ton açıq çalarla uyğunlaşdırın. Bənövşəyi və çəhrayı dodaq boyası, tünd göy və tünd qəhvəyi tuş sizə uyğundur. "Yay" qadınların makiyaj edərkən diqqət yetirməli olduqları vacib bir amil var: son nəticədə ya gözünüz, ya da dodağınız görünməlidir. Hansını daha qabarıq boyamağa özünüz qərar verin. Həm gözün, həm də dodağın parlaq boyanması tipinizə yaraşmır. Ən yaxşısı göz kölgələrindən istifadə etməməkdir.
Payız
Sizə qara, ağ, parlaq göy, parlaq sarı rənglər yaraşar. Qarderobunuzda bu rənglərə üstünlük verməklə uğurlu seçim etmiş olarsınız. Açıq qəhvəyi, boz və narıncı rənglərdən istifadə qəti məsləhət görülmür. Ancaq normal seçilmiş geyim hələ hər şey demək deyil. Kosmetikada da düzgün seçim edin. İstifadə etdiyiniz tonal krem açıq rəngli və çəhrayı çalarlı olmalıdır. Ənlik soyuq çəhrayı rəngdə olmalıdır. Göz kölgələrində açıq qəhvəyi-çəhrayı, yasəmən-mavi rənglər üstünlük təşkil etməlidir. Dodaq boyalarının bütün soyuq çəhrayı və tünd qırmızı çalarları sizə yaraşar. Tuş qara, tünd göy və tünd bənövşəyi rənglərdə olmalıdır.
"Qış" qadınların ümumi makiyajı az miqdarda olsa da, parlaq görünməlidir.Əgər dəriniz qızılı çalarlı, şaftalı rəngli və çillidirsə, deməli, "payız" qadınsız. Bu tip qadınları kürən, qızılı şabalıdı və xurmayı saçlar, açıq qəhvəyidən tünd parlaq rəngə qədər olan gözlər tamamlayır. Qarderob təşkilində qızılı və bal çalarlarında olan isti qəhvəyi, xaki, sarı, qızılı, narıncı rənglərə üstünlük verilməlidir. Bütün soyuq rənglər - boz, göy, tünd qırmızı və s. tipinizə uyğun gəlmir. Makiyajda açıq qəhvəyi tonal krem, qəhvəyi, qızılı, xaki və bal çalarlarında olan göz kölgəsi, qızılı kürən, qızıla çalan tünd qəhvəyi və bal çalarlı dodaq boyalarından istifadə edə bilərsiniz. Ənliyin də bu tonlarda seçilməsi məsləhətdir. Ümumiyyətlə, "payız" qadınlar bütün dəb eksperimentlərinə asanlıqla uyuşurlar. Əgər yuxarıdakı tiplərin hər hansı birində özünüzü görə bilirsinizsə, deməli, seçim probleminiz bir qədər yüngülləşib. Ancaq danılmaz bi həqiqət var ki, qadınlar həmişə eyni cür qala bilmirlər. Əgər saçlarınızın rəngini dəyişməyə qərar vermisinizsə, bilin ki, tipiniz də dəyişəcək. Sadəcə olaraq, çaları fərqli etməklə bu tipi saxlaya bilərsiniz. Əgər mütləq dəyişmək istəyirsinizsə, bunu əsaslı surətdə etmək lazım gələcək. Yeni ampluanızın bütün nüanslarını nəzərə alın. Dəriniz də qüsursuz olmalıdır. Çapıq və başqa bu kimi qüsurları dərinizdən bir ton tünd olan tonal kremlə örtün. Əgər bu civzələrdirsə, açıq yaşılı korrektordan istifadə edə bilərsiniz.
Qış
İlin bu fəslinə uyğun gələn qadınların dərisi farfor rəngdə, solğun olur. Yayda dəriləri daha çox zeytun yağının rənginə qədər qarala bilir. Saçları tünd şabalıdıdan qaraya qədər dəyişə bilir. Tünd şabalıdı, qara və tünd mavi rəngli gözlər "qış" qadınların xüsusiyyətlərini tamamlayır. Əgər özünüzdə bu keyfiyyətləri görürüsünüzsə, deməli siz "qış"sınız.Sizə qara, ağ, parlaq göy, parlaq sarı rənglər yaraşar. Qarderobunuzda bu rənglərə üstünlük verməklə uğurlu seçim etmiş olarsınız. Açıq qəhvəyi, boz və narıncı rənglərdən istifadə qəti məsləhət görülmür. Ancaq normal seçilmiş geyim hələ hər şey demək deyil. Kosmetikada da düzgün seçim edin. İstifadə etdiyiniz tonal krem açıq rəngli və çəhrayı çalarlı olmalıdır. Ənlik soyuq çəhrayı rəngdə olmalıdır. Göz kölgələrində açıq qəhvəyi-çəhrayı, yasəmən-mavi rənglər üstünlük təşkil etməlidir. Dodaq boyalarının bütün soyuq çəhrayı və tünd qırmızı çalarları sizə yaraşar. Tuş qara, tünd göy və tünd bənövşəyi rənglərdə olmalıdır. "Qış" qadınların ümumi makiyajı az miqdarda olsa da, parlaq görünməlidir.
Tarix: 11.06.2013 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 267 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri