Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müasir qadın və qadın əxlaqı

Qadın həyatda ən gözəl varlıqdır. Bəlkədə həyatın mənasıdır. Bəs qadını qadın edən nədir? Təbii ki əxlaqıdır. Bəs görəsən indiki belə bir dövrdə qadınlarımız əxlaqını xanımlığını qoruyub saxlıya biliblərmi?Düşünürəm çox düşünürəm və özüm özlüyümdə deyirəm görəsən zəmanimi dəyişdi qadınları yoxsa qadınlar dəyişdirdi zəmanəni. Və qərara gəlirəm ki, qadınlar dəyişdirir zəmanəni. Axı biz insanıq axı bizim şüurumuz var. Biz düşünməyi və düşünüb hərəkət etməyə qadirik. Təbii ki, əxlaqımıza özümüz fikir verməliyik. Müasirlik baş alıb gedir. Hara gedir, niyə gedir, nəyi özüylə aparıb gedir deyə heç özünüzə sual vermisinizmi? Axı dünya müasirliyin və dünya malının üzərində qurulmayıb. Əksər xanımlar şalvar geyinir. Və bu bir mənalı olaraq artıq yaxşı qarşılanır. Axı niyə biz əcnəbilərin yolu ilə gedirik? Axı nəyə görə qadınlar özlərini bu qədər hörmətdən salırlar? Bir iki gün tanış olduğu insanla artıq qucaqlaşıb əl-ələ tutur və daha nələr nələr. Axı bu günahdı. Özdə ən pisidə odur ki, bunun günah olduğunu bilirlər amma yenədə günah edirlər. Və artıq çirkabın içində olanda deyirlər cavanlıq səhvidir və ya aldadılmışam.

Cavanlıq səhvi yox nəfsimə güc gələ bilməyib günah etmişəm deməlidirlər. ALLAH Təala buyurub əxlaqınızı qoruyun. Hər şey əxlaqdan başlayır.
Hər şey insanın tərbiyyəsindən başlayır. Son zamanlar qadınlar özlərinə hörmət qoymurlar. Səbəb: nəfsi zəif, iradəsiz, müasir dövür, ailələrdə qızlara verilən sərbəstlik, seriallar, xeyir verməyən və yollarını azan rəfiqələr və bir çox icazələr. Heç vaxt qız uşağını sərbəst qoymaq olmaz. Onu tam sərbəst və diqqətdən kənar böyütmək olmaz. Elə hər şeydə burdan başlayır. Öz başınalıq bu cavan qızları yetkinlik yaşlarında bir çox səhvləri etməyə və əxlaqının qorunmamasına gətirib çıxardır. Burada ən çox valideynlərin günahı olur. Onlar vaxtında qız uşaqlarının tərbiyyəsinə və ümumiyyətlə maraqlansalar belə şeylərlə üzləşməzlər. Deyirlər gərək insanın canında olmasın bu deyimlə heçdə razı deyiləm. Çünki məhz ana-ata öz qız övladlarının tərbiyyəsilə məşğul olmalıdırlar. Qızı müasir böyütmək olmaz. Çünki qızın adı ağırdı. Bir mənalı yox bir çox mənalı fikir yarada bilər insanlarda. İndi hamı müasirlikdən danışır.

Müasir qızlardan danışır. Amma işin əslinə gələndə yəni sabah evlənmək qərarına gələndə artıq müasir yox məhz saf, əxlaqı yüksək, tərbiyyəli qızlardan danışacaqlar və seçimlərini onların üzərində edəcəklər. Hər bir oğlan danışan, deyən, gülən, şən, əyləncələrə gedən, klublara gedən, sərbəst qız xoşlayırlar amma yalnız əylənmək üçün, ciddi yox! Bax elə ona görə də qızlar həmişə aldanılır. Vaxtında düşünün ki, gec olmasın.
Əxlaq hər şeydən üstündür. Kişilərin çoxu gözəlliyə baxıb keçir, amma əxlaqa baxıb qiymətləndirirlər. Bunu bir çoxu biruzə verməsələrdə bu belədir və belədə olmalıdır. Ona görə qadının gözəlliyi əxlaqıdır. Yolunu azmış qadınlar ömür boyu hörmətsiz və günahkar olaraq qalacaqlar. Bunu qismətinizlə əlaqələndirməyin, çünki hər bir qadın nə etdiyini 100 ölçüb bir biçməlidir. Ələxsus cavan qızlar qadınlardan seçilmirlər indiki zəmanədə, qaş alınıb, saç boyalı, üzdə bir kilo makiyaj hələ hərəkətlərini və yerişlərini demirəm. Elə bu da ən pis əxlaq nümunəsidir. Qızın qaşı alınmaz, qızın makiyajı sadə demək olar ki, yox dərəcədə olmalıdır. Amma hansı qıza baxırsan dar şalvar, demək olar ki lasin, hələ yerişlərini, ədalarını, nazlarını göz süzməklərini demirəm. İnanın çox iyrənc və eybəcər görünür. Bu oğlanlara xoş gələ bilər amma pis gözlə xoş gələ bilər. Yaxşı gözlə təmiz gözlə heç vaxt o qızlara baxmazlar. Əmin olun! Özünüzə hörmət qoyun! Özünüzü müasir adlandıran qızlar


Tarix: 18.05.2013 / 14:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 218 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...