Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar niyə tənha qalır?

Gözəlsiniz, müdrik qadınsınız… Bəs, nəyə görə hələ də təksiniz?
Bu səhvləri özünüzdə axtarmağa çalışın!
Uzun müddətdir həyatınızda biri yoxdursa, və ya münasibətləriniz qaydasında getmirsə, aşağıdakı ehtimallardan birinin sizdə olub-olmadığını düşünməlisiniz?
Ümid yoxdur…
Keçmişdə yaşadığınız hadisələrdən dolayı ya da istədiyiniz xoşbəxtliyi tapa bilmədiyinizə görə, ümidinizi itirə bilərsiniz. Hər şeydən, bütün əyləncələrdən və dəvətlərdən imtina edib, evə qapılırsınız. Yaxşı bəs, nə vaxta qədər belə olacaqsınız?
Bunu düşünməyə çalışın: Bu həyatda hər şey pozitiv olsaydı, həyatın həyacını olardımı? Ağlamaq, kədərlənmək kimi ifadələrin olduğu kimi onların hər birinin yaşamağın da mənası var. Həyatda ümidsizliyə düşmədiyin müddətdə bəzi şeylərdən dərs almaq və daha yaxşısını yaşamaq imkansızdır. Bunları heç zaman untmayın və ümidinizi heç vaxt itirməyin. Özününzü heç vaxt təkliyə məhkum etməyin…
Kişilərin xoşuna gəlməyən xüsusiyyətlərə sahibsiniz!
Kişini “On gündə necə itirmək olar?” filmini xatırlayın. Kate Hudsonun canlandırdığı xarakteri gözümüzün önünə gətirsək, kişinin hansı qadındanlardan qaçdığını və hansı xüsusiyyətlərə sahib olan qadınlara nifrət etdiyini bilmək heç də çətin deyil. Bu davranışlar hansılardır? Filmdəki kimi daima uşaq kimi danışmaq, evi başdan ayağa çəhrayı rəngdə dekorasiya etmək, onu sevmədiyi insanın konsertinə aparmaq üçün dəridən-qabıqdan çıxmaq, toy albomları hazırlamaq və uşaq sahibi olmaq üçün təzyiqlər göstərmək lazım deyil.
Bu haidəsəyə daha yaxından nəzər salsaq, görərik ki, tez-tez ona sevdiyini demək və yaxud sevgi mesajları atmaq, aşırı qısqanclıq göstərmək, köhnə sevglisinə görə dava-dalaş etmək və hər dəfə küsmək … Sevdiyiniz insanı əlinizdə saxlamaq istəyirsinizsə, bu tip davranışlardan uzaq durun!
Çox dostscanlısınız!
Qadınlar maço kimi görünən kişini bəyəndiyi kimi, kişilər də daha incə və zərif qadınları bəynir. Ona görə də tək olduğunuz üçün kişiləri günahlandırmaq lazım deyil.
Əvvəlki münasibətlərinizdə bunları edirdinizmi?
Ona əvvəlki münasibətlərinizdən bəhs edirdiniz?
Eks sevgilisi haqqında dinləyib dost məsləhəti verirdiniz?
Sevgi münasibətlərindən çıxıb dostları etdiyi zarafatları sizinlə edirdirmi? Və.s
Onunla çox dostcasına davranmaq lazım deyil, yoxsa bütün münasibətləriniz korlana bilər. Əlbəttə ki, sevgiyə gedən yol dostluqdan keçir lakin kişi hərəktləri edib onun gözündən düşmək istəmirsinizsə, buna son qoyun.
Birlikdə olmağa və sizə layiq birinin olmadığını düşünürsüz?
Burada iki ehtimal ola bilər!
Birincisi sizi kədərləndirən hadisələrdən dolayı bir daha heç bir kişi ilə münasibətdə olmaq istəmirsiniz. İkincisi isə özünüzü çox üstün, əks cinsi isə aşağı səviyyədə görə bilərsiniz.
Belə vəziyyətlərdə keçmişi geridə qoymağı bacarmalısınız və yeni həyata səhifə açmalısınız. Yaddan çıxarmayın ki, hamı eyni ola bilməz və düşünməyin ki, keçmiş sevgilinizin xətalarını yeni sevgiliniz təkrarlayacaq.
Yaşadıqlarınızdan düzgün nəticə çıxarmısınızsa, yeni münasibətləriniz çox yaxşı və sağlam olacaq. Bütün cəhdlərinizə və əməklərinizə baxmayaraq, yeni sevgilinizlə də münasibətləriniz qaydasında deyilsə, ondan uzaqlaşın! Bunu isə hər zaman xatırlayın: Harada yaşamağınızdan, kim və necə bir insan olmağınızdan, asılı olamayaraq, sizin də “ruh əkiziniz” var və o, hardasa sizi gözləyir...


Tarix: 11.05.2013 / 13:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 258 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...