Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bədəninizlə barışmağa hazırsınızmı?

Heç fərq etdinizmi? Bədənimizlə əlaqədar ən pis tənqidlər həmişə daha çox haradan gəlir? Təbii ki özünüzdən. Halbuki bədəniniz sandığınız qədər sevilməyəcək və xor görüləcək bir parçanız deyil! Özünüzü dünyanın 'ən seksual olmayan' qadını olaraq hiss etdiyiniz bir dahaki səfər, bu aşağıdakı 5 təklifi xatırlayaraq mənfi düşüncələrdən sıyrılın.

Özünüzə kompliment deyin

Özünüzü tərifləməyi öyrənin. Qəbul edin, bəzən o qədər çox takıntılı oluruq ki tanrının bizə verdiyi bu gözəl bədənimizin həmişə daha yaxşı olmasını istədiyimiz tərəflərini beynimizə salırıq. Diqqət yetirdiniz mi heç; bədəniylə barışıq olan, ona güvənən qadınlar həmişə bədənlərində sevdiyi və iddialı ola biləcəyi qismləri ön plana çıxarır, hər qismi deyil. Özünüzə bir az zaman ayırın və ən sevdiyiniz və başqaları tərəfindən də hərdənbir iltifat aldığınız, digər qadınlardan daha şanslı olduğunuzu hiss etdiyiniz qismləri təyin edin. Aynanın qarşısına keçin və öyün özünüzü, bədəninizin bu hissələrinin necə gözəl göründüklərini düşünün, buna fokuslanın.

Müqayisə etməyi buraxın

Bir çoxumuz bədənimizi bəzilərinin bədəniylə müqayisə etməyə o qədər çox adaptasiya oluruq ki özümüzü unuduruq sanki. Özünü az qala Angelina Jolie ilə müqayisə edən o qədər çox qadın var ki. Bir dəfə başladınızmı özünüzü başqasıyla müqayisə etməyə; sizdən daha incə, gənc, gözəl və seksual olan o qədər çox qadın taparsınız ki, əslində çoxu sizin qədər cazibədar deyilkən belə, sonunda haqsız yerə və boş yerə kədərlənərsiniz

Hər kəs tərəfindən (bərbəriniz, dərziniz, yoldaşlarınız, ananız, bacınız, əriniz...) ortaq olaraq təyin olunmuş bir 'gözəl qadın' profili vardır, buraxın "o" olmağa çalışmayın. Özünüzün ən gözəl xüsusiyyətlərini təyin etmişdiniz. İndi onları da ön planda tutaraq 'özünüzün ən gözəl halını' tapmağa çalışın. Özünüz olmaq görəcəksiniz ki tam fərqli və son dərəcə gözəl bir qadın edəcək sizi!

Özünüzə hədiyyə edin!

Özünüzə hər həftə yeni bir şeylər hədiyyə edin. Dırnaqlarınızı düzəltdirməkdən saçınızın rəngini dəyişdirməyə, masaja getməyə qədər. Bədəninizlə əlaqədar müəyyən aralıqlarla yuxarıdan aşağıya etdiyiniz baxım və dəyişikliklər bədəninizi də daha çox sevmənizə səbəb olacaq,özünüzü çox daha yaxşı hiss edəcəksiniz.

'Mükəmməliyətçilik' xoşbəxtlik demək deyil!

Unutmayın, paltar bədənləri insanın özünə duyduğu güvənin və fiziki gözəlliyin zəmanəti deyildir. Bir çox qadın sırf həddindən artıq mükəmməliyətçi olduğundan çox ədəddə sayda əməliyyat keçirir, bütün həyatı boyunca da möhkəm bir diyet tətbiq edir. Bəli, bədənimizi şəklə soxmaq üçün də bəzi səylər vermək məcburiyyətindəyik, bu doğrudur. Lakin özünə və bədəninə güvənməyən bir qadın üçün bu verilən səylərin heç bir faydası da yoxdur, bunu da unutmamalıyıq. Önünüzə həqiqi olmayan hədəflər qoymaqdan imtina edin və özünüzlə barışın. Özünüzlə barışdıqdan sonra görəcəksiniz ki, kilo vermək ya da gözəlləşmək adına bəzi bədənsəl dəyişiklikləri çox daha rahat reallaşdıra biləcəksiniz.

Həyatı dibinə qədər yaşayın!

Bədəninə güvənən qadınlar da bəzən müxtəlif etibarsızlıqlar yaşaya bilər amma heç bir zaman həyatın gözəl tərəflərini görməkdən, yaşamaqdan imtina etməzlər. Mənfi bir moda düşdüyünüz vəziyyətlərdə gerçəklərlə üzləşin amma müsbət mənada. məsələn; özünüzə "Sevgilim mənim kök olduğumumu düşünür?" deyə soruşmaq yerinə "belə səthi kişilərdən xoşlanırammı görəsən?" deyə soruşa bilərsiniz.


Tarix: 12.05.2013 / 18:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 164 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...