Makiyaj üz xətlərini vurğulayıb qüsursuz bir görünüş əldə etmək deməkdir. Üzü daha cazibədar və mənalı bir vəziyyətə gətirməkdir. Mütəxəssislər isə makiyaj etməyi də bir sənət hesab edir.
Makiyajın dəriyə zərər verməməsi üçün nə etməli?
Dərini təmiz saxlamaq gərəkdir, bunun üçün də dəri üçün nəzərdə tutulmuş vasitələrdən yararlanın;
Keyfiyyətinə tam əmin olduğunuz kosmetik vasitələrdən istifadə edin;
Öz makiyaj vasitələrinizdən başqa digərlərinin kosmetik vasitələrindən mütləq qaydada istifadə etməməyə diqqət yetirin;
Xüsusilə də göz makiyajında - kirpik və dəriyə uyğun təmizləmə məhsullarına üstünlük verin;
Makiyajla yatmağı isə heç ağlınızın ucundan belə keçirməyin.
Makiyaj edərkən nələrə diqqət edilməli?
Makiyajdan öncə dərinin təmizliyinə diqqət edilməli, makiyaj təmiz dəriyə edilməlidir;
Göz altına korrektor seçərkən dəriyə uyğun olanı seçilməlidir. Əgər gözaltı dəriniz bənövşəyiyə çalan bir rəngdədirsə o zaman açıq tonlardan qaçın, əks halda xoş olmayan bir görünüş əldə etmiş olarsınız;
Makiyajın daha uzun müddət qalması üçün makiyajı bitirdikdən sonra bir balaca kirşan vurun;
Göz makiyajınızın daha uğurlu alınması üçün təbii rənglərdən yararlanın.
Göz karandaşı yaxud da sürmə ilə göz makiyajını tamamlaya bilərsiniz. Əgər eyeliner vurmaqda çətinlik çəkirsinizsə o zaman kirpiklərin dibinə nazik karandaş vurub üzərinə eyelineri keçə bilərsiniz.
Tujdan isə istifadəni yaddan çıxarmayın
Dodaq boyası seçimində də təbiilikdən qaçmayaq və makiyaja uyğun rəngləri seçək. Daha yaxşı görünüş üçün dodaq boyasının üzərinə parladıcı tətbiq edin.
Yatmazdan əvvəl makiyajı təmizləyib, dərini qidalandıran kremlərdən istifadə edin.
Tarix: 14.05.2013 / 21:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 273 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri