Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DƏHŞƏT!!! DƏHŞƏT!!! DƏHŞƏT!!! Bu Qadın sünnəti...

Qadın sünnəti...
Bəli, nə qədər qəribə səslənsə də dünyanın 30-dan artıq ölkəsində, əsasən də Afrika ölkələrində qadın sünnəti mövcuddur.
Nədir qadın sünnəti? Qadın sünnəti heç bir həkim müdaxiləsi olmadan, qadın cinsiyyət orqanına neştərli müdaxilə deməkdir. 2008-ci ilin statistikasına görə, 140 milyon qız bu əməliyyata məruz qalıb. Əsasən, Afrika ölkələrində, Sudanda, Misirdə, Somalidə, Malidə, qadınların 80 faizi məcburi surətdə bu əməliyyata məruz qalıb. Səudiyyə Erəbistanında və İndoneziyada da bu işgəncə qadınlara verilir.
Qadın sünnəti ilk dəfə XV əsrde qədim İnk İmperiyası zamanı həyata keçirilib. İnklərin paytaxtı Kuskoda Amarukançın məbədi yerləşirdi. İtalyan keşiş Xuan Anello Olivye yazırdı ki, burada əqrəbi udan əjdaha-ilan forması yerləşdirilmişdi. İnklərin inancına görə, əjdaha Yaradanın gücünü, əqrəb isə qadın ünsürünü özündə əks ətdirir. Bu səbəbdən inklər qızları sünnət etməklə bu əqrəbi məhv etdilkərini düşünürlərmiş. Afrika ölkələrində isə, qadın hisslərinin məhv edilməsi məqsədilə bu əməliyyat həyata keçirilirdi.
Böyük Britaniyada qız sünnəti rəsmi surətdə 1985-ci ildə qadağan olunsa da bəzi Afrika mənşəli tayfalarda bu əməliyyat hələ də həyata keçirilir. Misirdə isə bu, həkim müdaxiləsinə ehtiyac olduğu halda bələ, 1997-ci ildə qadağan edilisə də bəzi həkimlər bu qanuna məhəl qoymadan bu tip əməliyyatlar həyata keçirirlər. aprel 2007 ci ildə isə Eritreya dövlətində qadın sünnətinə qadağa qoyulub.
Ginekoloqlar bildirir ki, qadın cinsiyyət orqanlarında hər hansı 5 bir hissənin kəsilməsi, qadının ehtiras hissinin itirilməsi, doğuş qabiliyyətinin zəifləməsi ilə yanaşı, onların psixikasına da ciddi zədə vurur.
Bu, əsasən Afrika ölkələrində olan bir adətdir, onlar qadınların ərə gedənə qədər cinsi əlaqədə olmaması üçün bu ayini heyata keçirirlər. Bu, sadəcə vəhşilikdir və qadın orqanizmində xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər.
Bu problem həmçinin Türkiyə və İraqda da mövcutdur. Avropa Birliyi Komissiyası Türkiyədəki qadın sünnətinə toxunub. Hətta bunu cinayət adlandırıb. Qeyd edək ki, qadın sünnəti İraqda və Türkiyədə yaşayan kürdlərə məxsusdur. Onlar qız uşaqlarını 8-14 yaşına qədər sünnət edirlər.
Kişi və qadın sünnətini qarışdırmaq olmaz.
Kişilərdə bu gigiyena məqsədilədirsə, İraqda isə qadınlarda sünnət əxlaqsızığın qarşısını almaq üçündür.

İraqda qadın niyə sünnət olunur???

Səbəb: Sünnət olunan qadının ehtiras verici organları kəsilir ki, qız gələcəkdə ehtirasının qurbanı olmasın. Onların fikrincə bu şəkildə qız heç vaxt əxlaqsız yola düşməz, çünki cinsi tələbat yaranmır.


Tarix: 17.05.2013 / 20:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 136 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...