Uzun bığlar, əzələli bədən quruluşu, jeleli saçlar... Qadınlar bu gözəlliklərə nifrət edirlər!
ÇİRKLİ DIRNAQLAR: Qadının kişilərdə ilk baxdığı yerlərdən biri onun əllərdir. Kişinin təmiz əlləri, qadına, onun ümumiyətlə hər cəhətdən təmiz birisi olması əminliyini verir. Əyri-üyrü, altı qara çirk zolağı ilə bəzənmiş dırnaqları olan əlləri heç bir qadın tutmaq istəməz.
QULAQ TÜKLƏRİ: Qulaqlarınızdan canavar kimi çıxan tükləri yolarkən ağrısını bəhanə etməyin. Ağrıya qalsa qadınların verdiyi ağrını heç nə vermir.
SARI DİŞLƏR: Marketlərin çeşid-çeşid diş məcunları ilə dolu olduğu bir zamanda hələ də sarı dişlərinizlə qadın üzünə gülümsəyirsinizsə daha sizə sözüm yoxdur. Unutmayın ki, sizin qadın gülümsəməsinə diqqət yetirdiyiniz qədər onlar da sizin gülümsəmənizə diqqətində saxlayır. Əvvəla, siqaret çəkirsinizsə, düşünmədən belə tərgidin.
UCUZ ODEKALON: Ətiriniz bitsə belə onun yerinə ucuz odekalon istifadə etməyin. Sizdən ucuz odekalon iyisi gəldiyini üzünüzə deməsə də qadınlar sizə buna görə nifrət edə bilərlər.
YEKƏ QARIN: Həddindən çox şişirilmiş əzələləri bəyənmədiyi kimi, qadınlar həddindən çox şişirilmiş qarnı da sevmirlər. Önünüzdə balkon kimi duran bir qarınla görüşə getməzsinz deyilmi?
AĞ ŞALVAR: Ağ şalvar geyinib görüşə getməyin. Ümumiyyətlə sevdiyiniz qadının xoşuna gəlmək istəyirsinizsə, ağ rəngli palratlara pul xərcləməyin. Xüsusilə yayda geyinilən ağ kətan şalvarları. Onlar 80-ci illərdə "Miami Vice"ın vaxtında qaldı.
HÜNDÜR DABAN AYAQQABI: Aranızda hündür dabanlı ayaqqabı geyinənlər varsa, indidən o ayaqqabıları gizlətsin. Boyunuz qısadırsa eybi yoxdur, olduğunuz kimi görünün. Qadınlar bəstəboylu birisini sevər amma hündür görünmək üçün dik daban üstündə gəzib ayaqlarını yara edən kişiləri sevməzlər.
JELELİ SAÇLAR: Başına bir qutu jele yaxan, saçları günəş altında su kimi parıldayan kişilərdən qadınlar hürkərlər. Saçınız təmiz və özünüzə yaraşan düzümdə olsun yetər
Tarix: 18.05.2013 / 13:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 157 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri