Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gənc görünməyin sirləri

+Hər bir xanım öz yaşından daha gənc görünmək istəyir. Bu istək bir çox xanımı bıçaq altına girməyə qədər gətirib, çıxartsada, bir çoxlarıda buna getmir. Buna baxmayaraq əməliyyatsızda gözəl və cavan görünmək olar.

Qırışıqlara qarşı retinol


Retinollu kremlərdən istifadə dərini A vitamini ilə qidalandırır. A vitamini müasir kosmetoloqiyada cavanlığı uzadan əsas elementlərdən biridir. A vitaminin təsiri nəticəsində hüceyrələrin dəyişimi baş verir. Retinollu kremlərin istifadəsindən 6 ay sonra qırışlar azalmağa başlayır.

Mütəxəssislər məsləhət görür ki, gecə kreminizə 1-2 damla (artıq olmamaq şərti ilə) maye A vitamini qatasız.

Bəzən retinol qızartı verir. Lakin dərinizi yavaş yavaş buna alışdırmanız lazımdır.
Daimi pilinq

Yaşlaşdıqca dəri daha da quru olur. Ölü hüceyrələr çoxalır. Pilinq nəticəsində quru ölmüş hüceyrələr götürülür, daha gənc və nəm hüceyrələr üstə çıxır. Nəticədə dəriniz daha gənc görünür.

Lakin pilinqi dərinizə uyğun etməlisiniz. Orqanik turşular üzərində qurulmuş pilinqlərdən istifadə edin, daha yüksək effekt üçün mikrodermabraziyadan istifadə edin.
Saç rənginizi açın

Qərbin ən məşhur stilistləri yaşlaşdıqca, saç rənginin açılmasını məsləhət görürlər. Mütləq deyil ki, bütövlüklə saçınızın rəngini dəyişəsiz. Belkə sadəcə üz ətrafı saçlarınızın rəngini aça bilərsiz. Tünd rəngli saçlar üz rəngini tündləşdirər, açıq rəngli saçlar tam əks effekt verir.
Gündən qorunun

40 yaşına yaxınlaşdıqca, ultrabənövşəyi şuaların dəriyə olan təsiri daha çox və təhlükəsiz olur. Çimərlik istirahəti yeni qırışların yaranmasına gətirib, çıxardar, piqment ləkələr yaranar.

SPF-filtrlı kremlərdən istifadə edin. Həmçinin A,B,C vitaminlərinidə unutmayın. Dərinizi əsasəndə günorta saatlarında günəşdən qoruyun, bu saatlar şuallanma yüksək dərəcədə olur.

Yumuşaq ton

Yaş artdıqca tonal kremlərin rəngi daha açıq olmalıdır. Tutqun rənglərdən uzaq dursanız, yaxşı olar.
İntensiv nəmləndirmə

Qırışlarla mübarizə aparan kremlər, nəmləndirici effektin köməyi ilə nəticə əldə edə bilirlər. Xanımlar menopauza zamanı, mütləq gündəlik olaraq, nəmləndirici kremlərdən istifadə etməlidirlər.

Kosmetoloqiyada ən güclü nəmləndiricilər kimi, qialuron turşusu, qliserin, lanolin çıxış edirlər.

Təbii nəmləndiricilərə zeytun yağı, günəbaxan və kokos yağı aiddir. Dərinizə uyğununu seçin və daimi istifadə edin.
Saçaq


Saçaq alnınızdakı qırışları örtərək, vizual olaraq üzünüzü daha gənc göstərir.
Antioksidantlardan istifadə


Antioksidantlar üz dərinizin xarici neqativ təsirlərdən qoruyur. Antioksidantlar üzüm, ispanaq, cır mərsində var. Lakin qida dərini qoruyacaq gücə malik deyil, C, E vitaminli, Q10 strukturalı, yaşıl çay, nar ekstraktlı kremlərdən istifadə edin.
Çəhrayidən çox istifadə edin


Daha gənc görünmək üçün dodaqlarınızda çəhrayı boyadan istifadə edin. Ümumiyyətlə makiyajda parlaq və gənc rənglərdən istifadə edin.
Qaşlarınızın forması


Çox qalın və nazik qaşlar ümumi görünüşü poza bilir. Salona gedin, mütəxəssislər qaşınıza düzgün forma versin – siz bunun nə qədər vacib olduğunu görəcəksiniz.


Tarix: 25.12.2012 / 20:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 504 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...