Bir görünüş olaraq bəlkə cazibədar olan bu tip dərilər, daha tez qabığ verdikləri üçün, qırışların yaranmasına görə, günəş, külək, soyuq havadan mənfi təsirə məruz qaldığına görə gündəlik baxıma ehtiyacı var.
Quru dəri üzün yuyulmasını pis keçirir
Bu tip dəriləri səhər daha çox otaq istisində, müxtəlif otların dəmlənmiş suları ilə yuyulması məsləhətdir. Ardınca nəmləndirici kremlərdən istifadə olunmalıdır.
Üzdəki makiyajı belə dəri sahibləri, təmizləyici kremlə silsələr daha düzgün olar, əlavə olaraq quru dərilər üçün kremlərdəndə istifadə məsləhətdir.
Təmizləyici maska
50 qr əridilmiş piyi 10 damcı salisil spirti ilə qarışdırılmalı. Bu maskanın az hissəsini üz və boyun nahiyəsinə sürtün. 10 dəqiqədən sonra nəm pambıq ilə maskanı götürün. Bundan sonra üzünüzü südlü çay ilə yaxşıca yuyun (1 stəkan çaya – 4 xörək qaşığı süd).
Qidalanma
Bitki və heyvan yağları ilə zəngin olan qidalandırıcı kremlərdən çalışın istifadə edəsiniz. Daha duru kremlər tərkibində suyun çox olmasına görə, dəriyə dərin və tez hopur. Nəmləndirici kremlər ilə qidalanma quru dəri sahibləri üçün gündəlik prosedur halına gəlməlidir.
Quru dəri daimi nəmləndirici və qidalandırıcı maskalara ehtiyac duyur.
Yulaf lopalarından maska: 2 xörək qaşığı lopa, 4 xörək qaşığı süd. Bunları qarışdırb, lopaların şişməsini gözləyin. Sonra alınmış qarışımı üzünüzə sürtün.
Turş kələmdən maska: suyu ilə kağız dəsmalını istadın, həmin kağız dəsmalı üzünüzdə 20 dəqiqə saxladıqdan sonra soyuq su ilə yuyun.
Xama maskası: 1 xörək qaşığı xamanı bir yumurta sarısı ilə qarışdırın. Üzdə 15-20 dəqiqə saxladıqdan sonra nəm pambıqla və qaynanmış su ilə üzünüzü təmizləyin.
Kartoşka maskası: Bişmiş kartofu süd ilə sıyıq halına gətirin, 1 çay qaşığı bal əlavə edin (əgər dərinizin alerjik xüsusiyyəti yoxdursa). 15-20 dəqiqə üzdə saxladıqdan sonra qaynanmış su ilə yuyun.
Bal maskası: 1 yumurta sarısı, 1 çay qaşığı bitki yağı, 1 çay qaşığı bal. Qarışımı üzünüzə, boynunuza və sinənizə sürtün. 15-20 dəqiqədən sonra ilıq su ilə yuyun.
Əgər sadaladıqlarımızın heç bir köməyi olmazsa, həkim-kosmetoloqa müraciət etməyiniz məsləhətdir.
Tarix: 25.12.2012 / 21:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 355 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri