Qadın dediyin yaxşı sevəcək dostum. Qoyun kimi yatmayacaq, qımıl-qımıl olacaq yataqda. Ağılını başından alacaq amma, ağlını yalnız bununla yormayacaq. Havalanacaqsan amma havalanmağın xəstəlikdən olmayacaq. Uzandımı yanına boylu boyunca, sinəsində atan ürəyinin yerinə qoyacaqsan özünü, ruhunu, hər şeyini. Eşqsiz yatmayacaq yatağa və sən bunu biləcəksən. Qadın kimi qadın olacaq qadın dediyin..! Bir gecəlik deyil, ömürlük olacaq, ömürlük. Kiçik mövzulara ilişib zaman itirməyəcək, söyüş söyməyəcək. Qadın dediyin ayıb nədir biləcək. Sıxboğaz edib səni yalançı vəziyyətinə salmayacaq. Səni elə bir tutacaq ki, sən belə çaşacaqsan elə tutulduğuna. Hər mübahisə kəlmə başı "ayrılaq" təhdidi etməyəcək. Səbirli olacaq və əsla qüruruna toxunmayacaq. Duzu az, şəkəri çox kimi limitsiz proseduralarla, yeməklərlə işi olmayacaq. Süfrənə basdırmalı, lobyalı, yanına kərə yağlı plovu qoyacaq şübhəsiz. Və salatsız oturmayacaq süfrəyə. Təmiz olacaq hər şeydən əvvəl. Ətirsiz saxlamayacaq özünü, öpdüyündə qab-qacaq qoxusunun qaldığı bir qadını öpməyəcəksən. Onunla eşqə sarılacaqsan dostum. Qadın qoxusu verəcək Qadın dediyin. Qadın dediyin gözəl olacaq... Ağıllı olacaq, ağıllı..! Səni bir xəmir kimi qarışdırmağı da biləcək, o xəmirə özünü qatmağı da... Pulun gözəlliyini biləcək amma nə pulsuzluğun əzikliyini nə də pulun qudurmuşluğunu yaşayacaq. Dəyərlərini bir anlıq həvəslər uğruna tərk etməyəcək. Namussuzluğunu, əxlaqsızlığını ancaq və ancaq səni başdan çıxararkən istifadə edəcək, Gözü qıraqda qalmayacaq, başqa sevgili istəməyəcək... Qadın dediyin xatun olacaq, sözünə etibarlı olacaq. Biləcəksən ki, danışılanlar burada qalar, qapıdan çıxmaz bir daha. Ağzı möhkəm olacaq, sirrini tutacaq qadın dediyin. Pul hərislərindən, kürk dəlilərindən, cib telefonu manyaklarından, səs-küyçülərdən, unutqanlıqlarını sənin üzərinə atanlardan, öz qeyri-kafiliyini səni günahlandıraraq rahatlayanlardan, rəf bəzəklərindən, "gəzən"lərdən, dili topuq vuranlardan, boş sahibələrdən olmayacaq. Saflığı, cahilliyi, axmaqlığı süniləşdirməyəcək, bir az çoxbilmiş ola bilər ancaq rola girməyəcək. Ən əhəmiyyətlisi özünü sevəcək dostum, özünü sevməyən qadından sənə nə xeyir gələr? Bir baxarsan ki, illər sonra, bu qadınla nə yatağa sığırsan, nə torpağa. Qoluna taxıb gəzməyi də biləcəksən qürurla, qoynuna çəkib sevişməsini də şəhvətlə. Analığını da biləcək, uşaqlarından hörmət görməyi də, anaya ataya hörmət etməyi də. Qadın qadın olacaq!!! Səni yalnız sən olduğun üçün, sənsən deyə sevəcək. Pulla, kariyera ilə, kimin nə dediyiylə, məhdudlaşdırmayacaq ağlını. Həm sevgilin, həm yoldaşın, həm anan, həm uşağın olacaq. Bağrına basacaqsan dincliklə... Biləcəksən ki, evdə 'O' qadın tərəfindən gözlənilmənin zövqünü heç bir zövq yaşada bilməz sənə. Bax, belə bir qadın... Haradadır belə qadın? "Yoxdur" dəmə.
Tarix: 11.05.2013 / 14:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 291 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri