Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ah qadınlar, qadınlar…

Qadınlar vitrində gördükləri “Endirim” sözünə dözə bilməz. Endirimdəki mallar sanki qadında maqnit təsiri edər.
10 dənə bənzər başmağı olsa endirimdə gördüyü ayaqqabını alar siz, “Bunların eynisi şkafında var” desəniz “Sən həqiqətən heç anlamırsan” sözünü eşidərsiz.




Qadınlar ağlayar. Ancaq tək başına bir küncə çəkilib də -tək- ağlamaz. Qadınlar, yalnız sevdiyi kişi eşidə biləcəksə ağlar.
Bütün qadınlar qəti bir cavabı olmayan mövzular haqda sual verməkdə ustadırlar. Məqsəd, siz özünüzü davamlı günahkar hiss edin.
Qadınlar əsla sirr saxlaya bilməz. Daha doğrusu, qadınlar üçün bir sirri ən yaxın üç rəfiqəsinə söyləmək bu sirri açmaq demək deyil. Bu məntiqlə sirri bütün ən yaxın rəfiqəsinə söylədiklərindən sonunda sirri bilməyən qalmaz.
Qadınlar telefona cavab verməyi sevmirlər, telefon uzun uzun çalsa da narahat olmazlar. Lakin telefonda dünyanın ən uzun danışmalarını edənlər də yenə qadınlardır.
Qadın yatağa yatmadan “əvvəl” saçını darayan tək varlıqdır.
Qırmızı işıq, qadınlar üçün, “makiyaj fasiləsi” işarəsidir.
İstisnasız hər qadın verməsi lazım olan bir-iki kilo olduğunu düşünər.
Qadınlar səbəb olmadan evə bir buket çiçəklə gələn ərdən şübhələnər.
Qadınlar tualetin qapağını kiçik bir hərəkətlə endirmək yerinə ayaq yolundan salona qədər gedər, ərinə deyinər və ayaq yoluna geri dönər.
Kişi danışarkən qadın sözün ortasından onun sözünü kəsər, söhbətə müdaxilə edər və söhbəti özü davam edər. Eyni şeyi kişi edəcək olsa qiyamət qopar.
Toylarda qadın qadına rəqs edənləri görüncə kimsənin ağlına pis bir şey gəlməz. Kişilər üçün vəziyyət eyni deyil.
Arvadının göz ucuyla bir başqa adama baxdığını tuta bilmiş kişi yoxdur. Halbuki qadınlar kişilərini başqa qadına baxdığı an -saniyəsində- tutarlar.
Qadınların kişilərdən daha çox pul qazandığı tək peşə vardır: Top modellik.
Qadının dondurmanı necə yediyinə baxaraq xarakter testi edə bilərsiniz.
Evdə saatlarla öz geyimiylə maraqlanan qadın, küçəyə çıxdığında saatlarla başqa qadınların paltarlarıyla maraqlanar.
“Heç nə olmayıb”ın mənası qadınlarda, kişilərinkindən, tamamilə fərqlidir.
Qadınlar hər mövzuda kişilərlə bərabər olmaq istəyərlər. Üç istisna: Kişi tualetlərinə girmək, zibili atmaq və hesabı ödəmək.
Qadınlar əsla haqsız deyil… Ən haqsız olduğu mövzuda belə “Özümə görə səbəblərim var” deyər.
Təbiətdə qadınlara qarşı son sözü söyləyə biləcək tək bir təbii quruluş vardır: Əks-səda!
Qadınlar özlərinə nələr verildiyinə deyil, onlar üçün nələrdən imtina edildiyinə baxar.
Zəngin adam, arvadının xərclədiyindən daha çox qazana bilən kişi deməkdir.
Kritiklərə başlayan qadın, kritik bir yaşa gəlmiş deməkdir.
Evliliklər eynilə qəzalar kimidir, iki şahid istəyər.


Tarix: 11.05.2013 / 13:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 150 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...