Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Stilin adı: Qadın!

Bu dəfə yeni mövsümə daha fərqli başlamağı, daha qadına xas bir tərzdə görünməyi istərsinizmi?



Təbii bu yalnız mini bir paltar geyməklə olmur; kiçik toxunuşlarla görünüşünüzə qadına xas bir hava qatmanız mümkündür!



Bədəninizə oturan paltarlar geyməniz sizə olduqca qadına xas və seksual bir görünüş qazandıracaq. Ancaq, bu söylədiyimizi qüsurları müəyyən edən dar paltarlar geyməklə qarışdırmamalısınız. Demək istədiyimiz, qıvrımlarınızı ortaya qoyacaq seqmentlərdə paltarları seçməyinizdir.



Zərif bjuteriyalar bir paltara yoldaşlıq edən ən qadına xas aksesuarlardandır. İncə bir braslet, parlayan, kiçik sallantılı və ya damla sırğalar asanca paltarınızı tam fərqli bir şeyə çevirə bilər.



Ayaqqabıların, xüsusilə də dikdabanların qadına xas olmaqla qaynaşdığını bilirik. Bu mövsüm, dikdaban, uzun minici çəkmələri bu qədər trend ikən bunu mütləq qiymətləndirməlisiniz.



Qarşınızdakının yaddaşına qazınacaq, payıza uyğun, ağılda qalıcı bir ətir istifadə etməniz həm daha seksual olmanızı həm daha qadına xas hiss etmənizi təmin edər.



Xaricinizə geydikləriniz qədər içinə geydikləriniz də əhəmiyyətlidir. İdman sütyenlər rahat ola bilər amma qətiliklə qadına xas deyil. Sütyən asqılarınızın göründüyü, ya da dekolteli və ya incə parçalı paltarlar geydiyinizdə alt paltarınızı ehtiyatla seçməyə diqqət yetirməlisiniz.

Saç stilinizdəki fərqlilik ən tez gözə dəyəcək dəyişiklik olacaq. Romantik bir hava yaradan dalğaları sınaya bilərsiniz.

Ən əhəmiyyətlisi isə mütləq bədəninizi tanıyın. Qüsurlarınızı, haranı gizləyib, haranı ön plana çıxarmanız lazım olduğunu yaxşıca qavrayın və buna görə paltarlar seçin.


Tarix: 12.05.2013 / 18:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 85 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...