Rus qadınlarının sirri nədədir? Nəyə görə rusiyaya gedən azərbaycanlı kişiləri rus qadın tapan kimi daha geri qayıtmaq istəmirlər? Bunun səbəbi nədir? Niyə türk, qafqaz, mərkəzi asiya və ərəb kişiləri həvəslə rus qadınları ilə ailə qururlar? Niyə bütün dünya rus qadınlarınin dalınca qaçır? Bu dəfə də bu mövzu ətrafında öz fikirlərimi Sizinlə bölüşmək istədim.
Həyat elə gətirdi ki, mən 3 həftə Rusiya Federasiyasında və ya sadə dildə desək Urusetdə qalmalı oldum. Nəzərə alsaq ki, 3 həftəlik müddət samballı bir kişinin bir illik əmək fəaliyyətinə görə məzuniyyətinin, yəni ki, otpuskasının vaxtıdır və bu müddət heç də qısa deyil, onda deyə bilərəm ki, mən ömrümün 3 həftəsini Urusetdə yaşamışam. Yaşadığım müddət ərzində öz müşahidələrimdən geri qalmadım və ənənəvi kişi instikti ilə rus qadınlarını müşahidə etməyə başladım. Niyə dünyanın rus qadınlarının dalınca qaçır sualına cavab tampağa və rus qadınlarının sirrini açmağa çalışdım. Baxaq görək mənim müşahidələrim nələri üzə çıxartdı.
İndi də kəçək birbaşa mövzunun məğzinə. Deməli belə...
Rus qadınlarının sirrləri bunlardır.
1) İlk baxışda rus qadınlarına yaş vermək olmur. Bir dəfə psixologiya barədə məqalə oxuyanda belə bir fikrə rast gəldim ki, kişilər qarşılarına çıxan qadınlara ya potensial həyat yoldaşı və ya yataq partnyoru kimi baxırlar. Bir az freydsayağı yanaşma olsa da bu fikirdə müəyyən qədər həqiqət tapmaq olar. Kişi qadına həyat yoldaşı və ya partnyor kimi baxanda xarici gözəllikdən başqa ona həm də yaş verməyə çalışır, yəni, özü üçün təxmini müəyyən etməyə çalışır ki, qarşısındakı qadının neçə yaşı var, bu qadın onunnistəklərinə uygxundur ya yox. Elə bu andan kişinin qadına ilk marağı başlayır. Digər məsələ isə odur ki, kişilər qadına baxarkən ilk baxışda yaşını müəyyən edə bilirsə bu qadına məxsus daha bir sirrin açılması demək olur. Bu sirrdən başlayaraq digər sirrlərin tədricən açılması ilə qadın getdikcə adiləşir. Rus qadınlarında isə belə deyil, ilk baxışda rus qadınına yaş vermək olmur. Onlar əksər hallarda olduqları yaşdan fərqli görsənirlər. Və hətta mən deyərdim ki, cavan görsənirlər. Qadına yaş verə bilməməsi istər-istəməz kişidə daxili maraq hissini gücləndirir. Günlərin birində cavan bir rus qadını görürsən və sonra da sənə məlum olur ki, onun özü boyda uşağı varmış. Azərbaycanlı qadınlara isə ilk baxışdan yaş vermək mümkündür. Bu yerdə onu da qeyd edim ki, bizim cəmiyyətdə də bələdir: hansı qadına dəqiq yaş vermək olmursa həmişə o qadının dalınca kişi xeylağları hərlənir
2) Rus qadınları adətən nazik paltar geyinir, geyindikləri paltar da əyinlərinə kip oturur və çox vaxt belə paltarlar əlvan rənglərdə olur. Paltar nazik olanda qadının bədənində olan "qadınlıq enerjisi"nin asanlıqla ətrafa yayılır. əks cinsin nümayəndələri də bu enerjini və impulsu rahat qəbul ediklərindən dərhal belə qadınlarla maraqlanmağa başlayırlar. Paltarın əyinə kip oturması da burda əhəmiyyətli dərəcədə rol oynayır, belə ki, paltar qadının üzərinə kip oturanda hətta adi hərəkət zamanı belə müxtəlif bədən əzalarının forması və hərəkəti açıq-aşkar bilinir. Bu da istər-istəməz diqqət cəlb edir. Bir çox mütəxəssislər belə fikirləşir ki, məhz bu "qadınlıq enerjisi"nin ətrafa yayılmasının və qadın bədən əzalarının kənardan baxanda qabarıq və bayağı görsənməməsi üçün Islam dini qadınlara örtülü olmağı buyurub. Rus qadınlarının əlvan rəngli paltarlar geyinməsidə onları diqqət mərkəzinə gətirir. Belə ki, onlar daha çox sarı, qırmızı, narıncı rənglərin müxtəlif tonlarında olan paltarlar geyməyə üstünlük verirlər. Belə rənglər isti rənglər hesab olunduğundan istər-istəməz insanda hərarət yaradır və uzaqdan diqqəti cəlb edir. Dediyim xüsusiyyətləri əsas götürüb azərbaycanlı və avropalı xanımlara nəzər salsaq görərik ki, bizim xanımlar adətən tünd rəngli paltara üstünlük verirlər, xüsusən də qara rəngə. Avropa qadınları isə açıq rəngli paltar geyinsələr də onların paltarları əyinlərinə bir neçə razmer böyük olur və boş oturur, onlar bunu dəb və öz stilləri hesab edirlər.
3) Rus qadınları adi söhbət zamanı şirin və bəzən də əzizləmə mənasında olan sözlərdən istifadə edir. Məsələn: xleb-xlebuşka, kniqa -knijichok, pasyolka - pasyolochek, voda-vodichka, stol-stolik və sair və ilaxır. Indi bu sözlərə uyğun Azərbaycan və Avropa dillərində ( məsələn ingilis, firəng və ya nemes dilində ) uyğun bir söz tapın görüm necə tapırsız...
4) Rus qadınlarının mimikası daha oynaqdır. Bunu rus qadını ilə söhbət edərkən asanlıqla hiss etmek olar. Sadəcə yaxınlaşıb "Bu binanın fonunda mənim fotomu çəkə bilərsinizmi?" deməyiniz kifayətdir ki, üzdə təbəssüm yaransın (ağız getsin qulağın dibinə) və kipriklər uzanıb olsun 2 metrə. Müqayisə üçün deyim ki, bəzi azərbaycanlı xanımlarla söhbət edərkən ya özlərini sıxırlar (ya da sıxılırlar), ya özündən razı vid alıb özlərini dartırlar. Avropalı qadınların siması isə daha donuq və bəzən də mənasız mimikada olur. Onların simasına baxanda hansısa məna və ya emosiya hiss etmək olmur.
5) Rus qadını ilə söhbətə başlamaq rahatdır. Rus qadını ilə liftə minəndə və 1-ci mərtəbədən 5-ci mərtəbə qalxana qədər dünya aləm söhbət etmək mümkündür. Söhbətə başlamaq çox rahatdır. Azərbaycanlı qadınlarla söhbətə başlamaq üçün gərək 1-2 ay axtarış edəsən. Baxıb görəsən ki, onun nə xoşuna gəlir, nə xoşuna gəlmir, marağı nəyədir və sair. Işguzar dildə desək belə ünsiyyət bir az bürokratik görsənir
6) Rus qadını kişilərin yanında özünü ağıllı və çoxbilmiş göstərməyə çalışmır. Bizim qadınların bir çoxu kişilərin bildiyinin yarısıni biləndə də özünü elə aparırlar ki, güya həmin kişidən ən azı 4 dəfə çox bilir. Bu isə təbıi olaraq heç kəsə xoş gəlmir.
7) Rus qadınlarının yumor hissi daha yaxşıdır. Bu da Rusiyada şHK ( KVN-Klub Vesyolıx i Naxodchivıx) məktəbinin güclü olmağı ilə bağlıdır. Rus kanallarının hansı birinə çevirsəniz yumoristik verilişlərin şahidi ola bilərsiniz. Eyni zamanda rus qadını ilə zarafat edərkən bura bir az intellektual dad və duz da əlavə etmək olar. Rusiyada "Nə? Harada? Nə zaman?" ( şto? Qde? Koqda?) intellektual oyunlar ənənəsinin olmağı imkan verir ki, rus qadını ilə bir az intellektual zarafatlar edəsən. Avropada isə veziyyət tam başqadır. Avropalı qadınla zarafat edərkən özün deyib, özün gülmək ehtimalın xeyli böyükdür.
8) Rus qadınları nisbətən daha hündürboydurlar. Bu da onlara imkan verir ki, ictimai yerlərdə, başqa millətlərin yanında da tez nəzərə çarpsınlar. Müqayisə üçün deyim ki, Türkiyədən, Qafqazdan, Irandan və Orta Asiyadan olan qadınlar heç də rus qadınları kimi ucaboy görsənmirlər. Azərbaycanda özüm hündürlükdə xanım gec-gec gördüyüm halda, Urusetdə olarkən hiss etdim ki, mənimlə eyni boyda olan qadınlar heç də az deyilmiş.
9) Rus qadınlarını təəccübləndirmək daha rahatdır. Günlərin birində bizimlə bir süfrədə oturan rus kişisi dedi ki, onun arada şeir yazmağı da varmış. Rus qadınlarınin təkidi ilə o öz şeirlərindən cəmi bir dənəsini süfrədə oturanlar üçün dedi. şahidi oldum ki, əgər bir məclisdə rus qadınına şeir deyəsən o, əlini çənəsinə qoyub səni diqqətlə sonacan dinləyəcək və hətta şeir qurtarandan sonra belə səni həvəslə alqışlayacaq və təşəkkür edəcək. Azərbaycanda isə mən bizim qadınların şeirə bu cür diqqətlə qulaq asdığını və onu alqışladığını sonuncu dəfə nə vaxt gördüyümü artıq unutmuşam. Halbu ki, bizim sözün həqiqi mənasında şeir deyən oğlanlarımız heç bir rus kişisindən geridə qalmır və hətta hörmətli iqtisadçıların terminindən istifadə edərək deyərdim ki, şairlik istedadı baxımından hər 1000 nəfər insana görə adambaşına düşən şairlərin sayı baxımından Azərbaycan Rusiyadan xeyli irəlidədir. Elə bu yerdəcə gəlin etiraf edək ki, bizim qadınları şeirlə və ümumiyyətlə təəccübləndirmək bir az qəliz məsələdir. Bizim qadınları təəccübləndir üçün gərək ən azından "Sehirli xalat" filmindəki Io-Kio Baba və ya Devid Kopperfild olasan. Qaldı ki, qadına şeir demək, bəzən mənə elə gəlir ki, bu Azərbaycanda artıq yaddan çıxmış ənənədir və bu kimi xüsusiyyətlər nəsli kəsilməkdə olduğundan "Qırmızı kitab"a salınmalıdır.
Hörmətli xanımlar və cənablar (xüsusən də xanımlar)!
Rus qadınlarının belə cəhətlərinə baxmayaraq sosial vəziyyət Urusetdə heç də ürəkaçan deyil. Belə ki, doğumun səviyyəsi aşağıdır, boşanmaların sayı çoxdur, əhalinin sayı isə getdikcə azalır. Urusetdə olarkən cəmi bir neçə dənə gənc ailə və əliuşaqlı adam gördüm. əhalinin böyük əksəriyyəti yaşlanmağa doğru gedir. Həm də diqqətlə fikir versəniz mənim yuxarıda saydığım cəhətlər qadınların xarici görünüşü ilə bağlıdır. Bu da o deməkdir, hətta qadınların xarici görünüş baxımından üstünlüyü olan ölkədə belə problem varsa deməli, qadının necə və nə cür görsənməsi bir o qədər də önəmli deyilmiş. Burada daha çox qadınların mənəvi xüsusiyyətləri əsas rol oynayır. Inanıram ki, bizim xanımlarımız nəinki özlərinin xarici görünüşü ilə, o cümlədən mənəvi keyfiyyətləri ilə başqa millətlərin qadınlarınlarına nümunədirlər və Rusiyada olan sosial-mənəvi problemlər bizdə yaşanmayacaq.
Tarix: 11.05.2013 / 13:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 511 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri