Qadınlar getdikcə daha gözəl olur, kişilərsə bu mövzuda çox bir irəliləmirlər . Üstəlik gözəl qadınlar, özlərindən sonrakı nəsilin də gözəlliyinin zəmanətidir...
Helsinki Universiteti Amerikada 244 qadın və 997 kişinin 40 il ərzində nə dərəcədə dəyişdiyini müşahidə etmişlər.Araşdırmaya görə gözəl qadınlar özlərindən daha sadə həmcinslərinə nisbətdə daha çox uşaq sahibi olur və bu uşaqlar da böyük faizlə qız olur. Bu qızlar da yetkinliklərində cazibədar qadınlara çevrilir, bu səbəbdən bu dövr axsamadan davam edir.
Statistikaya görə kişilərsə estetik baxımdan ‘mağara adamı' atalarından çox da fərqli olmur. Ancaq psixoloqlar bu qənaətə gəlmişlər ki,bunun səbəbi qadınların özlərinə çox fikir vermələridir. İştirakçıların gözəllikləri iş əsnasında çəkilən fotoşəkillərlə analiz edilmiş, neçə uşaq sahibi olduqları da araşdırılmışdır. Cazibədar qadınların daha az cazibədar həmcinslərindən yüzdə 16 daha çox uşaq sahibi olduqları məlum olmuşdur. Az cazibədar kişilər, digər kişilərə nisbətlə yüzdə 13 daha az uşaq sahibi olur.
Bu tədqiqatların lideri, psixoloq Dr. Satoşi Kanazava "Fiziki cazibədarlıq hər iki cins üçün də üstünlükdür. Amma kişilərin qadınlara nisbətdə, daha ortalama bir görünüşü olduğunu gördüm" deyir.
Psixoloq Mamta Bhatiaya görəsə qadınların daha cazibədar hala gəlməsinin səbəbi özlərinə daha çox diqqət göstərmələridir.
Mən bu xəbəri türk qadın saytından tərcümə etdim və Helsinki Universitetininaraşdırmalarına haqq qazandırdım.Doğrudan da,bizim rayonlarımızda çoxuşaqlı analarımız necə də gözəldirlər.Bu anaların iradəsinin,mətinliyinin,namusunun qarşısında baş əyirəm.
Tarix: 11.05.2013 / 14:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 96 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri