Qadınların kişilərdə sevmədiyi 15 keyfiyyət...
1. Kirli dırnaqlar
Qadınların kişilərdə ilk baxdıqları yerlərdən biri əllərdir. Kişinin əlləri təmiz olması, onu qadının gözündə bir neçə “dərəcə” artırır. Əyri-üyrü, içində qara çirk zolağı olan dırnaqlara heç bir qadın yaxın durmaz.
2. Uzun bığlar
Üzünüzün formasına uyğun gəlirsə, bir az saqqal və ya bığ saxlamaq sizə karizma verə bilər. Amma uzun bığınız varsa və bir qadının qarşısında şorba və ya ayran içirsinizsə, vəziyyət o qədər də yaxşı olmur.
3. Qızıllar
Çox zəngin ola bilərsiniz, qızılı da sevə bilərsiniz, amma qadınlar bu fikirdədir: “Kişilərə cəvahirat, xüsusilə də qızıl heç yaraşmır”. Qızıl boyunbağı, üstü qaşlı üzük ən sevilməyənlərdir. Qızıl dişiniz varsa, çalışın başqa qızıllara üstünlük verməyəsiniz.
4. İstənməyən tüklər
Kişilərin qulağında, burnunda və sinəsindəki tüklər qadınların sevmədiyi şeylərdəndir. Qadınlar kəsinliklə bir tük yumağına sarılıb yatmaq istəməzdim.
5. Sarı dişlər
Dükanlarda min cür diş məcunu olduğu dövrdə sarı dişlərlə gəzən insanları necə başa düşmək olar? Unutmayın ki, siz qadının gülüşünə necə diqqət edirsinizsə, o da sizin gülüşünüzə o dərəcə diqqət edir. Xüsusən də, siqaret çəkən oğlanlar dişlərinin rənginə fikir versin.
6. Ağız qoxusu
Heç bir tərəfin də sevmədiyi və ən itici şeylərdən biri ağız qoxusudur. Bunu saqqızla basdırmaqdansa, qoxunu yaradan səbəbləri öyrənməyə çalışsanız, daha yaxşı olar.
7. Pula bağlılıq
Qadınlar hər dəqiqə onlardan pulu hara xərclədiyini soruşan kişilərdən köhnə ayaqqabı kimi tez qurtulmağa çalışır. Kişi dediyimiz bir az ürəyi və əliaçıq olmalıdır.
8. Alt paltarın görünür!
Artıq kiçik belli şalvarlar dəbdədir. Kişilərin geyinməsinə də pis baxmırıq. Yetər ki, şalvardan kənara çıxan alt paltarı olmasın!
9. Deyingənlik
Bu xüsusiyyəti kişilərin əksəriyyət qadınlara aid edir. Ancaq bunun əksinin nə qədər çirkin göründüyünün fərqində deyillər. Adi bir şeyə də deyinən kişilər ən sevilməyən tiplərdir.
10. Siqaret iyi
Siqaret çəkməyiniz çox da eyib bir şey deyil. Amma əgər bir qadınla görüşə gedirsinizsə, əlləriniz, paltarınız və ağzınızdan siqaretin qoxusunu məhv edin. Yoxsa görüşünüz məhv olacaq.
11. Ucuz ətir
Ətriniz yoxdusa, işlətməyin…Yetər ki o ucuz ətirlərin iyi burnumuza dəyməsin! Bu iylər qadınları az qala şimal qütbünəcən itələyir!
12. Çox əzələli bədən
Kim deyir ki, qadınların çox əzələli kişilərdən xoşu gəlir? Yaxşı, bədən formada olsun, amma 500 kilo ağırlıqda “bench press” edən kişi heç də seksual deyil.
13. Balkon kimi qarın
Gözümüzü açandan kişiləri qarınlı görmüşük. Ancaq sevgilimizin balkon kimi çıxan bir qarınla yanımızda gəzməsini heç vaxt istəmərik.
14. Tər qoxusu
Qadınlar təmizkar kişiləri sevər. Ətir vurmasanız da olar, bəzən öz təbii bədən qoxusunuz daha da çəkici olur. Xüsusən isti yay günlərində hər gün duş qəbul edin. Bir də tərlədiyinizi ələ verməyəcək paltarlar geyinməyə çalışın.
15. Ağ şalvar
Qadınların ən çox güldüyü kişi tipidir. Ağappaq kostyum! 80-ci illər bitdi, artıq 21-ci əsrdir, qardirobunuzu dəyişin, əziz kişilər.
Tarix: 30.12.2012 / 12:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 456 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri