Dodaq silikonları haqda bilmədikləriniz.
Həcimli və gözəl dodaqlar hər bir dövrdə cazibədarlığın simvolu sayılıb. Elə buna görə də dodaqlarının həcmindən narazı olan xanımlar çox zaman silikonlara əl atırlar.
Dodaqlara silikon yerləşdirmək iki əsas metodla aparılır. Bunlardan biri Lipofilinq-bədənin piyini dodağa qoymaq, ikincisi isə dodaqları gellə doldurmaqdır.
Dodağın lipofilingi ümumi narkozla cərrah tərəfindən aparılır. Bu əməliyyatdan sonra hüceyrələr daha gec sağalır və uzun müddət dodaqlarda ağrı qalır.
İkinci metod olan gel üsulu daha ağrısız və rahatdır. Dodaqların gellə doldurulması kosmetoloq tərəfindən aparılır və nəticə 48 saatdan sonra bəlli olur.
Gellər 2 yerə bölünür:
1.Müddətli gellər.
Adətən belə gellər dodaqda bir il müdətində qaldıqdan sonra aktiv fermentlərin təsirindən sorulur. Bu cür gellər orqanizmə heç bir allergik reaksiya vermir.
2.Sorulmayan gellər
Sorulmayan gellər dodaqda 3 ildən 5 ilə qədər qalır. Bu cür gellərin tərkibi sintetik vasitələrdən ibarət olur. Orqanizmin sintetik vasitələrə allergik reaksiyasına isə tez-tez rast gəlinir. Bu səbəbdən müddətli gellərdən istifadə etmək daha çox məsləhət görülür.
Dodağın görünüşü və həcmi birbaşa gelin miqdarından və doldurulma texnikasından asılıdır.
Əziz xanımlar, xarici görünüşünüzü dəyişdirməzdən əvvəl bu barədə ətraflı düşünün.Çünki, dəyişikliyin uğursuz alınması böyük peşmançılığa səbəb olur .Necə deyərlər, “Sonrakı peşmançılıq fayda verməz”.
Tarix: 11.05.2013 / 14:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 180 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri