Yetkinlik dövründəki gənclərin qorxulu yuxusu olan qara nöqtələrə çarə olacaq üsulları bu yazımızda sizlərlə paylaşırıq. Ümid edirəm işinizə faydası olar
Sızanağın təmiz olmayan bir dərinin göstəricisi olduğunu ifadə edən mütəxəssislər, dəri təmizliyinin əhəmiyyətinə diqqət çəkir.
Dermatolog Jasmin Fateh, qara nöqtələrin dəri altında yaranan yağ və çirkin simvolu olduğunu ifadə edir. Sızanağın yetkinlik dövrünün qaçınılmaz bir nəticəsi olaraq görüldüyünü bildirən Fateh, dəri təmizliyilə bu problemin qarşısının alınacağını bildirir. Qara nöqtələrin mütləq təmizlənməsi lazım olduğunu vurğulayan Fateh, “Qara nöqtələr daha sonra meydana gələcək sızanağın xəbərçisidir. Yəni qara nöqtə yoxdursa sızanaq da yoxdur.” deyə danışır.
Xüsusilə sızanaqlaşmağa meylli cildlərin tonik köməyi ilə gündəlik olaraq təmizlənməsi lazım olduğunu deyən Fateh, üzündə qara nöqtə olanların buxar vannası etməsinin lazım olduğunu nəzərə çatdırır. Qara nöqtələrin qətiliklə dırnaqla sıxılmaması lazım olduğunu ifadə edən Fateh, dərilərində qara nöqtəsi olan kəslərin üzlərini on dəqiqə dəsmal altında buxar vannası etmələrinin faydalı olacağını bildirir.
Bu prosedurun ardından qara nöqtələrin əl dəymədən qulaq təmizləyənlə təmizlənməsinin daha doğru olduğunu izah edən dermatolog Fateh, dəri üzərində çox sayda qara nöqtə olan halda mütləq bir mütəxəssislə məsləhətləşmənin lazım olduğunu vurğulayır.
Sızanağın meydana gəlməsinin düzgün bir qulluqla böyük nisbətdə qabağının alınması mümkünlüyünü ifadə edən dermatolog Jasmin Fateh sözlərinə belə davam edir: “Sızanaqlar dərinin yağ vəzlərinin bir xəstəliyidir. Yağ vəzlərinin dəriyə açılan kanalları tutduğundan sızanaqlar ortaya çıxar.
Yağ vəzləri, sebum adı verilən bir maddə ifraz edərlər. Yetkinlik dövründə sebum ifrazatı artar və dəridəki məsamələri tutular. Məsamələrin tutulması, sızanağın meydana gəlməsinin ilk mərhələsidir.” Bu mərhələdən sonra məsamələrin genişlənərək qara nöqtələrin meydana gətirdiyini ifadə edən Fateh, bu sahələrə çirk, sabun və makiyaj artıqları, yağ və ölü hüceyrələrin yığılaraq sızanağı meydana gətirdiyini açıqlayır. Dermatolog Fateh, buna görə sızanaq problemi olan kəslərin akne problemini daha az yaşamaları üçün hər gecə yastığını dəyişdirməsi lazım olduğunu izah edir
Qara nöqtələr mövzusunda bilinməsi lazım olanlar:
Qara nöqtəli dərilərdə pH tarazlığı pozulduğu üçün mütləq dəriyə ən uyğun olan pH 5,5 təmizləyicilərin istifadə edilməsi lazımdır.
Sabun şəklindəki təmizləyicilər, qara nöqtələrin meydana gəlməsini artırar. Buna görə jel konsistensiyasındakı məhsullar istifadə edilməlidir.
Qaşınan və ya möhkəmlənən sızanaqlar dəridə qalıcı izlər buraxa bilər.
Üzlərində akne olan kişilər ülgüc yerinə elektrikli təraş maşını istifadə etməlidir.
Akneli dəriyə, üz yuyunduqdan dərhal sonra nəmləndirici qətiliklə sürtülməməlidir.
Tarix: 26.12.2012 / 11:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 364 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri