Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar həyatlarının 4 ayını ağlamaqla keçirirlər - səbəb isə...

Qadınlar iş yerində kişilərdən dörd qat daha çox ağlayır. Bu xüsusiyyət qadınların daha bacarıqlı olmasına kömək edir.

Mütəxəssislər bunun səbəbinin qadınların daha həssas xarakterə malik olması ilə əlaqələndirirlər. Lakin ağlamaqla qadınlar üzərindən böyük bir stress atmış olurlar. Dolayısı ilə özlərini tez bir zamanda toparlaya bilirlər. Bu isə onlara işlərində daha uğurlu olmasına kömək edir.

Bunu amerikalı alimlər apardıqları bir araşdırma aşkar edib. Araşdırma ABŞ-da bir şirkətdə 700 nəfər arasında aparılıb. Psixoloq və professor Yasmine Yaghmour-un apardığı araşdırmada məlum olub ki, qadınlar iş yerində etdikləri səhvlərə görə, özünü çox tənqid edir. Qadınların 41 faizi, kişilərin isə ancaq 9 faizi iş yerində ağlayır. İştirakçıların çoxu iş yerində ağlamağını stress və gərgin iş rejimi ilə bağlayıb. Qadınların iş yerində yığdıqları stressi və gərginliyi bir anda ağlayaraq xaric etməsi, onların daha məhsuldar işləməsinə kömək edir.

Ağladıqdan sonra işlərini yenidən gözdən keçirir və təhlil edir. Nəticədə isə daha yaxşı iş ərsəyə çıxarır. Qadınlar şəxsi həyatda və başqa yerlərdə yaşadığı stressi işə gətirməyəcək qədər güclü deyillər. Bu da qadınların ağlamasına səbəb olur. Həmçinin qadınların gözləri kişilərdən tez yaşarır və istəmədən də ağlamağa məcbur olurlar. Qadınlar həyatının 4 ayını ağlamaqla keçirirlər. Bu isə 12 min saat edir. Onların iş yerində bacarıqlı olmasının digər bir səbəbi isə duyğularını nəzarət altına almamasıdır. Kişilər isə duyğularını göstərmir və stress keçirdiklərini gizlədirlər. Yəni kişilərin iş yerində ağlamaması onların həssas olmadığı demək deyil. Sadəcə, qadınlar kişilərdən fərqli olaraq, doğuşdan həssas doğulur.

Qadınlar kişilərdən fərqli olaraq hər şeyin daha idealını axtarır. Tənqidə dözümlü olmadıqları üçün olayları faciəyə çevirməyə meylli olurlar. Uşaqlıqdan bəri qoruyucu və dəstəkləyici xüsusiyyətləri hiss etdiyi üçün iş yerində onlara qarşı edilən haqsızlıqlara və çarəsiz vəziyyətə düşəndə haqlı olmasından asılı olmayaraq, tənqidə dözümlü olmurlar.

Qadınların iş yerində kişilərlə birlikdə işləməsini qadağan edən bir qanun yoxdur. Lakin qadının işdə bəzi qaydalara əməl etməsi vacibdir. Qadının yad bir kişi ilə təklikdə iş yerində və ya evində işləməsi xəlvət hesab olunduğu üçün günah və haram sayılır. Lakin dində bir neçə qadının kişilərlə birlikdə işləməsində heç bir qəbahət yoxdur.

Müasir Psixologiya Mərkəzinin psixoloqu Aida Nəbiyeva əks cinslərin birlikdə işləməsi və bunun hansı diskomfort yaratması ilə bağlı fikirlərini bölüşüb. Psixoloq bildirdi ki, qadın və kişi psixologiyası fərqli olduğuna görə, iş yerində müxtəlif problemlərə və bəzi nüanslara yol aça bilər. Dünyanın hər yerində istənilən sahədə qadın və kişilərin birlikdə işləyib fəaliyyət göstərməsi tələb olunur. Kollektiv sadəcə iş prosesi deyil, həm də şəxsiyyətin özünü yetişdirməsi, tənzimləməsini təşkil edən prosesdir. Bir kollektivdə əks cinslərin fəaliyyət göstərməsi insanların psixologiyasına müsbət təsir edir. Qadın və kişilərin birlikdə işləməsi həm də rəftar və davranış qaydalarını daha yaxşı mənimsəməyə kömək edir. Aparılan araşdırmalar da göstərir ki, konkret qadın və konkret kişi kollektivində fəaliyyət göstərən insanlar əks cinslərlə ünsiyyətdə çətinlik çəkir və ünsiyyət prosesi birtərəfli inkişaf edir. Bu isə gələcəkdə onların ailədaxili problemlərin yaranmasına təsir edir.

İş mühitində bəzi xüsusi nüanslar var ki, kollektivdə problemlər yarada bilər. Qadınlar kişilərin, kişilər isə qadınların bəzi incə xüsusiyyətlərindən xəbərsiz olur. Kişilər dağınıq və hər şeyi yerində tapa bilmədiyi üçün bəzi məsələlərdə qadının köməyinə ehtiyac duyurlar. Bu da bir çox hallarda qadınların iş prosesində gərgin olmasına gətirib çıxarır.

Aida Nəbiyeva kişilərin iş prosesində özünü diskomfort hiss etməsinə səbəb olan məsələləri də açıqlayıb.

"Qadınlar xarici görünüşünə diqqət etdiyi üçün işdə makiyaj, geyim, dəb və.s-dən danışa bilər. Bu isə qadınlarla bir otaqda işləyən kişilərə mənfi təsir edir və qıcıq yaradır. Bu kimi şeylər kişilər üçün anlaşılmazdır. Dünyagörüşü və münasibətlər fərqli olduğu kollektivdə problemlər yarada bilər. Yəni, istənilən yerdə qadın və kişilərin birlikdə çalışması həm mənfi, həm də müsbət cəhətlərə malikdir”.

Mütəxəssis iş yerlərinə qəbul zamanı psixoloji testlərin keçirilməsi haqqında danışıb. Testlərdə şəxsin temperamenti, aktivliyi, ünsiyyətliliyi xarakteri, İQ-sü və digər xüsusiyyətləri nəzərdən keçirilir. Xarici ölkələrdə və Azərbaycanda bir çox şirkətlərdə bu cür testlər aparılır. Bir otaqda 15-20 nəfər oturur və hər biri fərqli xarakterə malikdir. Kollektivdə problem yaranmaması üçün otağa bir-birilə yola gedə bilən işçilər yığılır. İş motivasiyası baxımından işə çox həvəsli birini, həvəssiz qrupa daxil edirlər. İş motivasiyası zəif olan biri isə zəif və həvəssiz işçi qrupuna daxil edilir. Bu kimi halları və stresə davamlılığını yoxlamaq üçün testlərin aparılması vacibdir. Çünki hesab olunur ki, stressdən daha tez çıxan insanlar iş prosesində bir o qədər faydalı olur. Testlərə cavab verə bilməyən insanların işdə keyfiyyətindən danışmaq mümkün deyil.


Tarix: 10.05.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 157 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...