Yayda dərinin nəmləndiriciyə ehtiyacı daha çox olur.
Bunun üçün günəş şüaları qəbul etdikdən sonra nəmləndirici kremlərdən istifadə etməlisiniz. Vurduğunuz makiyajın gözəl görünməsinin ilk şərti təmiz və yaxşı nəmləndirilmiş bir dəridir. Ancaq makiyaja başlamazdan əvvəl mütləq aşağıdakılara əməl etməlisiniz:
- Dəriniz yağlıdırsa, təmizləyici kimi jelelərdən istifadə edin;
- dəriniz normaldırsa, həmişəki təmizləmə məhsullarınızdan istifadə edə bilərsiniz. Bunlara əlavə, günəşdən qorunmaq üçün nəmləndiricilərdən istifadə etmək olar.
- dəriniz qurudursa, yaxşıca təmizlədikdən sonra dəriyə uyğun olaraq nəmləndirici vurun.
Gözətrafı həssas bölgədir və davamlı olaraq nəmləndirilməyə ehtiyacı var. Bu bölgəni kifayət qədər nəmli saxlamaq üçün gecə-gündüz göz kremindən istifadə edin.
Tarix: 29.12.2012 / 17:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 112 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri