Yəqin ki, bütün kişilər qadınların geyimdə
ayaqqabılara xüsusi önəm verdiklərinin
fərqindədirlər. Bu mənada qadınları yaxşı
başa düşmək olar. Çünki qadınlar kişinin
ayaqqabısına baxmaqla onun həm zövqünü,
həm həyat tərzindən, həm də səliqəsindən
asanlıqla agah ola bilirlər.
Nələrə diqqət etməli?
Ayaqqabı seçərkən mütləq şəkildə
keyfiyyətinə önəm vermək lazımdır. Bundan
sonra onun rəngini və hansı geyimlə
geyinəcəyinizi müəyyən etməlisiniz. Əgər
almaq istədiyiniz ayaqqabı sizin
qarderobdakı geyimlərlə uyğunluq təşkil
edirsə, onda həmin ayaqqabını almağa
dəyər.
Əgər qarderobunuzda geyimlərin çoxu
idman üslubundadırsa, o zaman siz makasin
tipli ayaqqabılara üstünlük verməlisiniz. Əgər
işgüzar və ciddi bir ayaqqabı almaq fikrinə
düşmüsünüzsə, onda yaxşı olar ki, təmiz
dəridən olan ayaqqabılar alasınız. Zamşa
materialından olan ayaqqabı o qədər də
məsləhətli deyil. Çünki gündəlik geyimlərinizə
bu tip ayaqqabı həm yaraşmayacaq, həm də
sizi çox zövqsüz göstərəcək.
Tarix: 24.03.2013 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 169 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri