Anarın gözlərinin düz mərkəzində yanan "ocaq”, qarşısında duran istənilən insanı "əridə" bilərdi.Əsasda bu insan, qadın cinsindəndirsə.Anarın özü də, gözləri kimi cazibədar və yaraşıqlı idi.Hətta o, məktəb dövrün də məktəbin, universitet dövrün də isə, universitetin ən yaraşıqlılarından idi.İşlədiyi idarədə isə rəqibsiz lider idi.Müdürdən tutmuş, xadiməçiyə qədər, əksər işdəki qadınlar ona heyran idilər.Halbuki Anar bu vəziyyətin yaranması üçün heç bir şey etməmişdi.O sadə geyinər, soyuq davranar və çox az danışardı.Bəlkədə elə bunlar idi Anarı sevdirən.Onun maşını yox idi.Əvəzində isə motosikleti vardı.İşədə onunla gələrdi çox vaxt.Bəzənsə piyada gələrdi.O piyada yeriyərək düşünməyi sevərdi.Anarın barmağında üzük var idi.Anarın üzük taxmağının 2 səbəbi ola bilərdi.Ya aksesuar istifadə etməyi sevdiyi üçün, ya da evli olduğu üçün.Qadınlarsa özlərinə sərf edəni – birinci variantı seçərdilər.İstənilən halda, məncə bir qadının evli ola biləcək bir kişiyə "girişməyi”, heçdə düzgün deyil!..
Bir gün Anar işə piyada getmişdi.Müdürü Zöhrə xanım həmişəki kimi işçilərə nəzarət etməyə gəldikdə, Anarın motosiklet geyimlərində olmadığını gördü.Otağına gedib, fikirləşməyə başladı.Belə qərara aldı ki, işdən sonra onun maşınında getməyi təklif etsin Anara.Elə bu cürdə oldu.Anar imtina etsə, Zöhrə xanımla sonralar problem yaşayacağını düşündü və buna görədə razılaşdı.Yoxsa Zöhrə xalada, o biri qadınlar kimi idi Anar üçün.Yolda Zöhrə xanım Anara suallar verir, onda bir azcada olsa yaxşı təəssüratlar yaratmaq istəyirdi.Birdən Zöhrə xanım dedi:
- Anarçik, bəlkə bu gün birlikdə şam edək?
Anar imtina edib, başqa planlarının olduğunu desədə, Zöhrə xanım təkidlə dedi:
- Yaxşıda Anarçik, sən indi müdürünün xaişini yerə salacaqsan?
Anar Zöhrə xanımın "müdür” sözünü boş yerə işlətmədiyini başa düşdü.Və bu səbəbdən razılıq verdi.
Şam yeməyində ilk öncə müxtəlif mövzulardan söhbət edildi.Sonra Zöhrə xanım Anara, "onu çoxdan bəyəndiyini.Onunla birgə yaşamaq istədiyini.Əgər Anar razı olsa bütün var-dövlətini ona verməyə hazır olduğunu” dedi.
Zöhrə xanım varlı, orta yaşlı (35, 40), dul qadın idi.Məqsədi isə, gənc və yaraşıqlı bir oğlanı özünə "ilişdirmək” idi.Anar isə əlbəttə ki, ən ideal nümunə idi.Zöhrə xanımın uzun müddət davam edən dulluğu, onu demək olar ki, nimfoman etmişdi.Anar yaraşıqlı olmağı ilə yanaşı, çox ağıllı və çevik düşünə bilən biri idi.Əslində Zöhrə xanımla evlənmək, var dövlətinə sahib olmaq onada xoş gəlirdi.Sadəcə bunu etmək üçün Azərbaycan kişisinə məxsus olan bir neçə stereotipi məhv etməli idi.Axı burda Anarın itirəcəyi nə var idi ki?O bu yaraşığı və gözəlliyi hər hansısa 20 yaşlı bir qızın eşq macərasına qurban verib, onun qısqanclıqlarına qulmu olmalı idi?Zöhrə xanım kimi bir qadın, onu gənc qızlarla münasibətində sərbəst buraxacaqdı.Bundan əlavə o bu dəqiqə 5 il indiki maaşıyla işləsə və bu illər ərzində qazanılan bütün pulu yığsa, bəlkə ala biləcəyi bir maşında gedirdi.Bu qədər çevik düşünə bilən Anar, indi iki yol ayrıcında idi: beş il və bir razılıq.beş il və bir razılıq..Və.Bir razılıq...
Tarix: 29.04.2015 / 11:11 Müəllif: Aziza Baxılıb: 591 Bölmə: Maraqli Hekayeler