Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üç heykəl

İki qonşu ölkənin hökmdarları bir-birləriylə döyüşməzlər, amma hər fürsətdə bir-birlərini narahat edərdilər. Ad günləri, bayramlar da maraqlı hədiyyələr göndərərək qarşıdakına zəka nümayişi etdirərdilər. Hökmdarlardan biri, günün birində ölkəsinin ən yaxşı heykəltaraşını hüzuruna çağırdı. İstədiyi, qızıldan, bir-birinin eynisi üç insan heykəli düzəltməsi idi. Aralarında bir fərq olacaq amma bu fərqi yalnız ikisi biləcəkdi. Heykəllər hazırlandı və doğum günündə qonşu ölkə hökmdarına göndərildi. Heykəllərin yanına bir də məktub qoyulmuşdu. Belə yazmışdı heykəlləri düzətdirən hökmdar:«Ad gününü bu üç qızıl heykəllə təbrik edirəm. Bu üç heykəl bir-birinin eynisi kimi görünə bilər. Amma içlərindən biri digər ikisindən çox daha qiymətlidir. O heykəli tapınca mənə xəbər ver.» Hədiyyəni alan hökmdar əvvəl heykəlləri çəkdirdi. Üç qızıl heykəl qramına qədər bərabər idi. Ölkəsində sənətdən anlayan nə qədər insan varsa çağırtdı. Hamısı da heykəlləri böyük bir diqqətlə araşdırdılar amma aralarında bir fərq görə bilmədilər. Günlər keçdi. Bütün ölkə hökmdarın çətinliyini eşitmişdi amma heç kim cavabı tapa bilmirdi. Sonda, hökmdarın çox isyankar olduğu üçün zindana atdırdığı bir gənc xəbər göndərdi.Yaxşı oxumuş, ağıllı olan bu gənc, hökmdarın bəzi istəklərinə qarşı çıxdığı üçün zindana atılmışdı. Başqa çarəsi olmayan hökmdar bu gənci çağırtdı. Gənc əvvəl heykəlləri möhkəm möhkəmə araşdırdı, sonra çox incə bir tel gətirilməsini istədi. Teli birinci heykəlin qulağından soxdu, tel heykəlin ağzından çıxdı. İkinci heykələ də eyni hərəkəti təkrar etdi. Tel bu dəfə digər qulaqdan çıxdı. Üçüncü heykəldə də tel qulaqdan girdi amma bu dəfə nə ağzından nə də qulağından çıxmadı.Tel incə bir boru vasitəsilə ürək xəttinə qədər endi və oradan kənara getmədi. Hökmdar heykəlləri göndərən qonşu hökmdara cavabı yazdı: «Qulağından girəni ağızından çıxardan insan məqbul deyil. Bir qulağından girən digər qulağından çıxırsa, o insan da məqbul deyil. Ən qiymətli insan, qulağından girəni ürəyinə həbs edən insandır.


Tarix: 03.12.2014 / 13:39 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Maraqli Hekayeler
loading...