Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lələk və Qılınc

Qılınc geniş otağın bir küncündəydi. Poladdan olan parlaq tiyəsinə günəşin kürən şəfəqləri toxunur və onu daha da parıltılı edirdi. Öz varlığının otaqda sezildiyini qururla seyr edirdi, hiss olunurdu ki, burdakı hər şey onun parıltısından zövq alır. Hər şeymi? Yox bu zövqdən kənar düşən də vardı. Bu da stolun üstündəki mürəkkəbqabına dayanıb qalmış lələk idi və yalnız o silahın möhtəşəm parıltısına uymamışdı. Bu vəziyyət qılıncı özündən çıxardı və onu dinməyə məcbur etdi.
“ Kimsən axı sən, ey dəyərsiz əşya? Niyə sən də digərləri kimi mənim parıltıma baş əymirsən? Niyə buna təəccüblənmirsən? Bir ətrafa nəzər sal! Buradakı hər şey qaranlığa qərq olub. Parlaq günəş məni, yalnız məni öz sevimlisi bildi, məni öz alovlu öpüşü ilə əzizlədi, əslində mən elə buna layiqəm, onun işığını dəfələrlə artıq əks etdiriəm. Günəş mənim gücümə bələddir, buna görə də parıltısını özündən sonra mənə həvalə edir.”

Lələk gülərək buna etiraz etdi:

“ Gör necə də özündən razısan, necə də lovğasan, özgəsinin parıltısı necə də sinəni qabardır. Bir düşün, biz axı səninlə lap yaxın qohumuq. Hər ikimiz qayğıkeş torpaqdan bəhrələnmişik, bəlkədə əcdadlarımız əsrlər boyu eyni bir dağın ətəyində yanaşı olub, ta o vaxta qədər ki çalışqan insan öz əməyi sayəsində onları faydalı qazıntı kimi kəşf edib, biz də onların tərkib hissəsiyik. Hər ikimiz təbiətin yöndəmsiz övladları idik, kürənin yandırıcı istisi üzərində və alətin ağır zərbələri altında bihudə fəaliyyətin vacib üzvləri olmaq kimi formalaşdırıldıq. Hər şey eynən dediyim kimi olub. Və beləcə sən qılınc oldun- böyük və kəskin uclu qılınc, Mən isə incə, zərif formada düşünülüdüm. Yaşamaq, yaratmaq, təsir etmək istəyiriksə gərək parlaq tiyəmizlə işə girişək. Sən qan, mən isə yalnız mürəkkəblə!”

“ Bu nitqini elə burdaca yarım saxlasan daha yaxşı olar, çünki mənim üçün çox gülünc gəlirsən” deyə qılınc yenidən söhbətə başladı. “Sənin bu bənzətmələrin balaca, lazımsız bir siçanın özünü boşu boşuna yoraraq fil ilə olan qohumluğunu sübut etməyə çalışmasını xatırladır. Əminəm ki, o da sənin kimi danışardı. Heç bənzəməsələrdə onun da fil kimi dörd ayağı və hətta hər ikisinin burnu var deyərdi. Siçanın belə danışıqlarından sonra düşünmək olar ki, fil ilə siçan əmi uşağıdır. Əziz lələk bilirsənmi sən bizim ümumi oxşar cəhətlərimizi saymaqla ağıllı və əvvəlcədən fikirləşilmiş addım atdın. Mən isə bizi ayıran cəhətləri saymaq istərdim. Məni – məğrur və parlaq qılıncı mərd və qocaq cəngavər hər zaman üzərində gəzdirir, səni isə hansısa qoca yazı yazan insan uzun qulağının arxasına sancır. Sahibim məni güclü əlləri ilə havaya qaldırır və düşmən olan cərgəyə mən ondan əvvəl gedirəm, müharibədə bələdcisi oluram. Səni isə hər hansı bir oxumuş insan titrək əlləri ilə saralmış kağız üzərində əsdirir. Öz qorxunc səsimlə düşmənlərin canına vəlvələ salıram, şücaətlə gah ora gah da bura atılıram. Sən isə ömrün boyu yeknəsəq şəkildə kağızın üzərində sağa sola cızma-qara edirsən, səni idarə edən o əlin sənə verdiyi istiqamətdən kənara çıxmağa cürət belə etmirsən. Və nəhayət gücdən, qüvvədən düşdükdə məni qəhramanlara layiq olan kimi əcdadlarımın olduğu zala, göz önünə qoyacaqlar və beləcə məni görən hər bir insan heyran qalacaq. Bəs sən, sənin başına nə gələcək? Sahibin səndən razı qalmayacaq, sən artıq qocalacaq və köhnələcəksən, artıq kağızın üzərinə köbüd xəttlər çəkəcəksən, əgər sahibin rəhmili olub səni digər bacılarınla köhnə əşyalar alvercisinə bir neçə kreytserə satmasa zibilliyə atacaq.”

“Həqiqətən də bu sözlərindən doğru olanları da var”- deyə lələk xeyli ciddi şəkildə sözə başladı- “ İnsanlar çox vaxt məni olduğumdan az dəyərləndirirlər, bunu da doğru deyirsən ki, istifadəyə yaramadıqda mənimlə çox pis davranırlar. Amma bu məhz ona görədir ki, var olduğum zamanlar məni yaratmağa şövq edən qüvvə çox əzəmətlidir. Bilirsənmi, bunun üçün mərcə getməyə dəyər! “

“Mənə mərcləşməyi təklif edirsən?” deyə lovğa qılınc soruşdu.
“Bəli! Təbii ki, əgər çəkinmirsənsə qəbul edəcəksən.”
“Mərcləşməyimizi istəyirsən?” qılınc gülməkdən çətin nəfəs alaraq yenidən soruşdu “ Bəs mərcimizin şərti nədən ibarətdir?”
Lələk ciddi bir görkəm aldı və yenidən başladı:
“Mərcimin şərti budur, işini davam etdirməkdə sənə mane ola bilərəm, həyatın anlamlı mübarizəni əngəlləyə bilərəm!“
“Ha ha! Amma bu çox risklidi!”
“Razısan?”
“Yaxşı, razıyam səninlə”
“Əla, yaşayarıq görərik! ”

Bu iki iddialı alətin razılaşmasından az vaxt keçmişdi ki, otağa bahalı ordu geyimində bir cavan daxil oldu, qılıncı götürdü, havaya qaldırdı. O buradan parlaq qılıncı həvəslə seyr etdi. Bayırda kərənay səsi, baraban titrəşiminin səsi ətrafa yayılmışdı, döyüş başlamaq üzərəydi. Cavan əsgər otağı tək etmək istəyərkən, içəri vəzifəcə daha yüksək olan hərbiçi daxil oldu, bunu onun varlı geyimindən təyin etmək olardı. Cavan əsgər onu salamlamaq üçün qarşısında əyildi. Vəzifəcə daha yüksək olan hərbiçi stola yaxınlaşdı, lələyi götürdü və tələsik nəsə yazdı.O, sevincək söylədi “Gözün aydın olsun, sülh müqaviləsini imzalandıq!” Əsgər qılıncı götürdüyü yerə qoydu və hər ikisi otağı tərk etdi.


Tarix: 01.12.2014 / 14:04 Müəllif: Aziza Baxılıb: 97 Bölmə: Maraqli Hekayeler
loading...