Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Belke Men De..!

Həyat adlı bir dəhşətin içində mən,
İnsan adlı həqiqətəm.
Yalnışlara gözlərimi yumuram ki,
Gerçəkləri görə biləm.
Gerçəkləri görə-görə kor oluram.
Haqsızlıqlar batağında boğuluram.
Dərdlərimin özü boyda dağ oluram.
Səsim batır nadanların hay-küyündə,
Lal oluram.
Susa-susa qisas alım sevincimi
parçalayan,
Bu qurdlardan.
Susqunluğum hayqırtıdır,
Hayqırtımın səsi gəlir uzaqlardan.
Necə qaçım,hara qaçım
Varlığımı yox eyləyən əzablardan?
Əzabları qucaqlayan bu amansız,
Suallardan,cavablardan.
Bəlkə mən də nadanların arasında
Nadan olum.
Royaların içindəysə öz-özümə yer
eyleyim.
Ya da mən də öz-özünü derk etməyən
məxluqlara,
Bu dünyanı dar eyləyim.
Bir gün mən də ölüm olum,
Zülmətləşım,soyuqlaşım.
İblisləşən xislətlərdən,
Mən əbədi uzaqlaşım.


Tarix: 19.11.2013 / 04:18 Müəllif: Akhundoff Baxılıb: 106 Bölmə: Maraqli Hekayeler
loading...