Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən məni Allahdan istəməyi bilmədin (11-ci bölüm FİNAL)
Sən məni Allahdan istəməyi bilmədin (11-ci bölüm FİNAL)

İllər keçmişdi. Tanya ikinci oğlunu Bakıda dünyaya gətirdikdən sonra Rəhmanın yanına Rusiyaya qayıtmışdı. Amma böyük oğlu Ruslan Aliyənin yanında qalmışdı. O Aliyəni, məktəbdəki dostlarını, bacı-qardaşlarını çox sevdiyindən, onlardan ayrılıb getmək istəməmişdi.
Tanya isə Rəhmanın yanında idi. Rəhman yenidən öz işində işləyirdi. Tanya arada-sırada Bakıya gələr, Aliyənin yanında qalardı. Rəhman isə çox seyrək gəlir və çox tez qayıdırdı.
Aliyə bu ikili taleyinə, qaynanasının zülmlərinə baş əyərək yaşayırdı. Gənclik illərində böyük əzablar bahasına qəbul etdiyi bu həyat, artıq adiləşmişdi. Uşaqlar böyümüş, Aliyə isə artıq orta yaş həddinə çatmışdı. Ayna qarşısına keçəndə orada tamam başqa bir qadın görürdü Aliyə. Bu qadının gözündən kədər yağırdı, bənizi solğun , gözlərinin altı xəfif qırışlarla bəzənmişdi. O aynaya çox baxa bilmirdi. Gəncliyində buruq-buruq kürəyi ilə bir olan şəlalə kimi qara saçları seyrəlmiş, təravətini itirmiş, arası ağ saçlarla dolmuşdu.
Atası rəhmətə gedəndən sonra Aliyə tamam yalqız hiss edirdi özünü. Anası yaşasa da, o da xəstə idi. Tez-tez xəstəxanaya düşürdü. Sona xanım bir dəfə də olsun onu anasının yanına buraxmırdı. Aliyə nə qədər yalvarsa da, göz yaşı töksə də xeyri olmamış, zalım qadının ürəyi yumşalmamışdı. Aliyənin bacıları ondan incimişdi . Lakin Aliyə hər sözünü də onlara anlada bilmir ,için-için qovrulurdu. Çəkdiyi əzabları,qaynanasının haqsızlığını Rəhmana deyə bilmirdi. Çünki, Sona xanım tutduğu işlərin altından çıxır hələ Aliyəni günahkar çıxardaraq ,onu Rəhmana döydürürdü.
Bir gün yenə Rəhman Bakıya gəlmişdi . Çox səliqəli görkəmi vardı. Ötən illər saçlarında bir iki ag iz buraxmışdı. Aliyə ondan bir-neçə yaş kiçik olsa da , indi Rəhmandan çox yaşlı görünürdü. Gəlişlərinin birində Rəhman onu əsəblərini sakitləşdirmək üçün həkimə aparmışdı. Həkimin yazdığı sakitləşdirici dərmanları içdikdən sonra isə, Aliyə xeyli kilo almışdı. İndi yazıq qadın ərinin yanında özünü çox pis hiss edir, ona yad kimi baxırdı ,ondan utanırdı. Rəhman bunları sezsə də biruzə vermir, onu əzizləmək istəyir, mehriban davranırdı. Rəssamlar adi bir kətan parçası üzərində elə gözəl qadın portreti yaradarlar ki, baxanlar heyran olar, lakin, Rəhman o gözəllikdə qızdan elə bir portret yaratmışdı ki, bu əsərə baxan iki göz istəyərdi ağlasın. Bu əsərə yalnız bir ad vermək olardı ”Qara gün”. İndi yəqin Rəhman da yaratdığı bu portretdən xəcalət çəkdiyi üçün ona belə qayğı ilə yanaşır, günahlarını yumaq istəyirdi. Lakin belə günahlar heç nə ilə yuyulmur. Belə günahlar qalır Allahın ümüdünə.
Sona xanım kənardan Rəhmanın bu mehribançılığını izləyir, əsəbdən qıpqırmızı olurdu. Bunu hiss edən Aliyə Rəhmandan kənar gəzir, onunla bir yerdə çox qalmırdı. Gündüzün istisindən sonra hava sərinləmişdi bir az. Şəhər əhli dəniz kənarı parka yollanır, istirahət etmək, dəniz havası almaq istəyirdi. Rəhman neçə il idi ki, gələndə gəzməyə çıxmırdı Bakıda. Odur ki, Aliyəni və uşaqları yanına çağırdı:
- Uşaqlar icazə versəydiniz ananınızı götürüb bir az gəzməyə aparardım. Bizi buraxarsınızmı?
Sona xanım kənardan bu söhbəti izləyirdi. Uşaqlar Aliyəni o qədər ağlayan, zülm çəkən görmüşdü ki, atalarının bu sözünə çox sevindilər və bir ağızdan:
- Əlbəttə ata! Anam hər yaxşı şeyə layiqdir, anamı apar gəzdir, qoy bir az sevinsin,- dedilər.
Sona xanım isə əsəbi bir gülüşlə:
-Bu yaşındamı çıxır səninlə gəzməyə? Özü də uşaqlarsız.
- Ana, sən Allah bəsdir, özüm də çoxdandır Bakıda bir yana çıxmıram, olmaz məgər həyat yoldaşımla bir az gəzintiyə çıxam?
Sona xanım gözlərini süzdürüb getdi. Qadın sanki hər kəsə pislik yaşatmaq üçün gəlmişdi dünyaya.
Sona xanımın böyük gəlini , Sona xanım Bakıya gələndən sonra rahat nəfəs almışdı.Artıq heç bir yeri ağrımırdı.Sona xanım rayonda olanda, ona çox əziyyət verirdi deyə ağrımayan yeri olmurdu. Hər gün başı ağrıyır, gözlərinin altı qapqara olurdu. İndi Rənanı görən məhəttəl qalırdı.Sanki gəlin on beş yaş cavanlaşmışdı. Oğlunu evləndirib ,qızını gəlin köçürmüşdü. Oğlu anasını çox istəyir,uşaq vaxtı anasının çəkdiyi zülümləri , tökdüyü göz yaşlarını ona unutdurmaq üçün əlindən gələni əsirgəmirdi. Rəna həyatının bu anlarından çox məmnun idi. Sona xanım hərdən rayona gedəndə , Elçin nənəsinə də hörmətlə yanaşır,blakin həmişə anası ilə onun arasında məsafə saxlamağı bacarır,anasını onun bir ascı kəlməsindən belə qoruyurdu. Nəvəsinin bu hərəkəti onun gözündən qaçmır, lakin onun xoş xasiyyətinin, alicənablığının qarşısında özünü hörmətdən salmamaq üçün dilini dinc saxlayırdı
Onlar evdən çıxıb, maşına əyləşərək dəniz kənarına gəldilər. Aliyə hicabda idi. Rəhman isə çox dəblə,bgözəl kotyum, ag köynək geymişdi. Aliyə yoldaşının yanında özünü pis hiss edirdi. Rahat ola bilmirdi. Rəhman isə Aliyənuin hicab geyməsini bəyənmirdi. Lakin qəlbinə dəyməmək üçün susurdu. Aliyə geyimindən deyil, çəkisindən, görkəmindən yana narahat idi. O Rəhmandan xeyli böyük görünürdü.. Kənardan onları heç kəs ər və arvada bənzədə biməzdi.
Onlar xeyli gəzdilər. Rəhman onun eynini açmaq üçün maraqlı söhbətlər edir , deyib-gülürdü.Sonra onlar matorlu qayığa mindilər. Dənizdə gəzdilər.Bu Rəhmana da, Aliyəyə də çox xoş gəldi. Axşam günəşinin qızılı şəfəqlərində dənizin bir başqa görkəmi vardı. Ətrafda qagayılar uçuşur, səs-səsə verirdilər. Aliyə gəzintidən çox məmnun olsa da, hər dəfə Rəhmana baxanda,onun olmayan məhəbbətinə, için-için sızıldayırdı. Məgər bu gözəl həyat yoldaşı, mehriban insan onun yanında olsaydı, bu xoşbəxtlik daima olsa idi, nə olardı ki. Aliyəni bu hüzün ömür boyu tərk etmədi. Özünü başqalarının yanında sındırmasa da, bu kədər onun içini yandırıb kül etmişdi.
Evə qayıdanda artıq gec idi. Uşaqlar yatsa da, Ruslan və Sona xanım yatmamışdı. Ruslan bilirdi ki,atasıgil qayıdanda, nənəsi yenə bir dava salacaq.Odur ki, Aliyəni qorumaq üçün yatmırdı. O həmişə Aliyənin nənəsindən qoruyurdu. Bəzən hətta Sona xanım əsəbindən Aliyəni saçlarını yolur,saçından tutaraq,o yan,bu yana sürükləyirdi. Belə anlarda Ruslan onu nənəsinin əlindən alır, onu sakitləşdirir, nənəsi ilə dalaşırdı.
Pilləkənləri qalxar qalxmaz Sona xanım, bomba kimi partladı :
- Azz, sən belə qudurubsan ki, mənim oğlumu evə vaxtında gəlməyə qoymursan? Məndən belə hayıf alırsan, ay qudurmuş it? Elə o adamaoxşamaz sifətinə yaraşıb mənim oğlumun yanına düşüb gəzməyin.
Rəhmanın elə bil başından bir qazan qaynar su tökdülər, mat məttəl qaldı.
- Bu nə biyabırçılıqdır çıxarırsan ana? Bu nə təhqirdir? Niyə həyatımı zəhərə döndərirsən?
- Bıy, sən mənim üzümə ağ olursan? Öyrədib gətirib səni? Hə , elə ona görə sən olmayanda mənim başıma oyun açır də, səndən beli bərkdi. Xata ola deyəm ki, bazardan niyə gec gəldin, bax məni saçımdan tututub o yasna sürüyür, bu yana sürüyür. – Sona xanım ağlamsındı, -səni görəndə özünü mələk kimi göstərir, sən olmayanda mənə gün verib, işıq vermir.
Bu deyilən sözlər hamını şoka saldı, Aliyə bu boyda yalana qulaqlarına inanmadı, Ruslan nənəısinin bu qərəzli ,yalançı söhbətinə mat qaldı, Rəhman isə anasının danışdıqlarına inanmasa da, bir an Alyəyə tərəf döndü və onu silələdi, başına,belinə. Hara gəldi yumruqlamağa başladı.Ruslan nə qədər mane olmağa çalışsa da, Aliyəni atasının əlindən ala bilmədi. Rəhman Aliyənin saçlarından tutub sürüyərək deyirdi:
- Beləmi sürüyürdün anamı ,al payını ,beləmi hə ,cavab ver?
Aliyənin agzı-burnu qan içində idi, gözlənilməz hadisədən ,aldığı zərbələrdən huşunu itirmək üzrə idi. Ruslan birtəhər onu Rəhmanın əlindən aldı. Rəhman ürəyinin dərinliyində anasının yalan dediyini bilirdi . Lakin səbr kasası dolmuşdu artıq, nə edəcəyini kəsdirmədən bu hərəkəti törətdi. Sonra tənginəfəs halda anasına tərəf döndü:
- Ana , Aliyə ilə evlənməyə sən məni məcbur etdin , evləndim , bəs nədən bu qədər zülm eləyirsən ona da ,mənə də. Sakitləşdinmi , bunumu istəyirdin məndən. Bəsdir artıq, mən gedirəm, necə istəyirsiniz elə də yaşayın.
-Mən ha demədim arvadını bu hala sal, özün döydün.-dedi Sona xanım.
Rəhman arxasına belə baxmadan evdən çıxdı. Birbaşa hava limanına gedərək bilet alıb Rusiyaya geri qayıtdı.
Bu hadisən sonra Aliyə yenə də həyatını bu evdə davam etdirirdi. Balalarına baxır, onların dərslərini yaxşı oxumasına çalışırdı. Qaynanası daha da özünü arxayın aparır ,qəddarlıgından əl çəkmirdi.
Aliyənin anası ölüm ayağında idi. Hamı başına yıgılmışdı. Qohumlar, qonşular, tanışlar. Tək bircə Aliyə yox idi.Hamı onu qınayırdı. Heç kim onun yaşadığı şərtlərdən xəbərdar deyildi.Ona görə də hər ağızdan bir səs çıxırdı.”Az nə vecinədir, oturub Bakının ortasına,ərinin pulunu xərcləyib kef eləyir,ana hardan yadına düşsün ”Bu kimi sözlər bacıları daha da hövsələdən çıxarırdı. Aliyənin dayısı qızlardan Aliyənin telefon nömrəsini alıb ona zəng vurdu:
- Aliyə,a bala, sən nə yaman bərk oturmusan orda, anan can üstədir, səni istəyir, niyə gəlmirsən? Pulun yoxdursa göndərim gəl ay qızım.Belə zülüm etmək olmaz anaya.
Aliyə hönkürüb ağladı. Dəstəyi yerinə qoydu. Saçlarılnı yolub, dizlərinə döydü. Səsə Sona xanım gəldi:
-Nədi az, dəlimi olubsan gecənin bu vaxtı?
Aliyə dizin-dizin sürünüb Sona xanımın ayaqlarını qucaqladı:
- Nə olar, icazə ver gedim, anam can üstədir, axı hamı məni qınayır, məni bu qədər günaha batırma, icazə ver, nə olar?
Aliyə icazəsiz bu qapıdan çıxmayacaqdı. O niyə belə edirdi, haqqı olan hər şeyə onun icazəsi olmadan əl, ayaq uzatmırdı. Qorxurdumu, təbiətimi belə idi bilinmirdi.
Sona xanım dərin bir nəfəs alıb dedi:
- Dur axşam qatarına bilet al get!
Aliyə sevindi. Acı göz yaşları içində verilən icazəyə sevindi. Tez hazırlaşd , Ruslan onu və kiçik qadaşı Ülvini dəmiryolu vağzalına apardı. Onlar tez bilet alıb yola düşdülər. Səhər açılar açılmaz rayona çatdılar. Taksidən düşüb həytə qaçdı Aliyə. Həyət darvazaları açıq idi. Yuxarıdan ağlaşma səsləri eşidilirdi. Bacısının səsini eşitdi:
- Ay yazıq anam, balasını üzünə həsrətli gedən anam. Aliyə deyəndə, dili ağzında yanan anam!
Aliyənin dizinin taqəti tükıəndi. Dizi üstə çökdü. Huşunu itirdi.
Şəfiqə xanım son nəfəsdə gözü qapıda qalmışdı, çox əzab çəkirdi. Dili söz tutmurdu artıq. Lakin ümidlə Aliyəsini son dəfə görmək istəyirdi, onu gözləyirdi. Ölüm anban yaxınlaşsa da, təslim olmaq istəmirdi. Ətrafdakılar onun bu zülmünə dözə bilmirdilər. Birdən Nisə arvad dedi:
- Gətirin o qızın şəklini ona göstərin!
Sevinc tələsik Aliyənin şəklini əlinə alıb, anasının yanına gətirdi. Aliyənin şəklini görən Şəfiqə xanımın elə bil üzünə bir nur gəldi. Dərin bir nəfəs aldı və gözlərini əbədi yumdu.
Bütün bunlar Aliyə yolda olarkən baş vermişdi.
Gözünü açanda özünü çarpayıda gördü. Bacıları ətrafında oturmuşdu. Olanları yadına salanda hövlank qalxıb yerinin içində oturdu. Anasını soruşdu. Arıq anasını üç gün idi ki, dəfn etmişdilər. Aliyə üç gün idi ki, şok vəziyyətindən ayılmamışdı. O sinir krizi keçirərək üç gün bayqın halda yatmışdı.
Aliyə anasının ölümündən sonra və bəlkə də ömür boyu yaşadığı zülmlərin də nəticəsində depresyaya düşmüşdü. Bunu eşidən Rəhman həm hüzür yerinə gəlmiş, qayıdanda isə Aliyəni özü ilə Rusiyaya həkimə aparmışdı.
Anatoli İvanoviç ağappaq saçları, mavi gözləri olan, nurani sifətli qoca bir kişi idi. Həyatı boyunca hər cür problemi olan insanlarla qarşılaşmış, çoxlarına şəfa vermişdi. İndi Aliyənin görkəminə baxanda, çox şeylər anladı. O , Aliyəyə bir neçə sual verdi. Həkimə daha aydın olsun deyə suallara Rəhman cavab verirdi. Bu isə həkimin xoşuna gəlmədi, onu qane etmədi. Odur ki, Aliyəyə müraciət etdi.
- Qızım, sən rus dilində bilmirsən?
- Az bilirəm - dedi Aliyə.
-Mən səni başa düşəcəyəm , sən danış, özün danış. Hər şeyi danış, səni üzən nə varsa hamısını!
Aliyə bir an duruxdu, sonra sanki cümlələr bir-birinin arxasınca özü düzülməyə baışladı. Danışdıqca onu qəhər bogur, özünü ələ alırdı. Rəhman ona sanki gözləri ilə sakit ol deyirdi. Bunu hiss edən həkim dedi:
- Sən ona mane olma, qoy danışsın, qoy ağlasın. Toxunma ona dəymə ona.
Aliyə danışırdı, ağlayırdı, həkim dinləyirdi,diqqətlə dinləyirdi. Aliyə öz həyat hekayəsini danışırdı. Anatoli İvanoviç heyrətdən sanki donmuşdu. Bir qadının bu qədər əziyyət çəkməsinə və bu yaşa qədər bütün çətinliklərə sinə gərərək ailəsini dağıtmayaraq , indi həyat yoldaşı dediyi bu adamla onun yanına gəlməsinə çaşıb qalmışdı.
İllər keçir, həyat öz axarında gedirdi. Aliyə evində , balalarının yanıda idi. Onlarla xoşbəxt idi. Rəhman yenə arada sırada gəlirdi.


Tarix: 29.04.2015 / 10:47 Müəllif: Aziza Baxılıb: 361 Bölmə: Maraqli Hekayeler
loading...