Uzaq Şərqdə bir buddust məbədi müdrikliyin sirrlərini öyrənmək üçün gələnləri qəbul edirdi. Burda qəbul olunan incəlik — anlatmaq istədiklərini danışmadan açıqlaya bilmək idi.
Bir gün məbədin qapısına bir adam gəlir. Adam qapıda eləcə durdu və gözləməyə başladı. Burada hissi, intuitiv görüşməyə inanılır, buna görə də qapıya toxmaq və ya zəng qoyulmamışdı. Bir azdan qapı açıldı, içəridə duran buddist qapıda gözləyən adama baxdı və sözsüz danışmağa başladılar. Gələn adamın məbədə girmək və burda yaşamaq istəyini anlayan buddist içəri girdi. Bir azdan əlində ağzına qədər suyla dolu bir qabla qayıtdı. Bu, yeni bir adamı qəbul edə bilməyəcək qədər yerimiz yoxdur, demək idi. Adam isə məbədin bağçasın tərəf gedib, qopardığı gül yarpağını gətirib, içi suyla dolu olan qabın içinə atdı. Gül yarpağı suyun üstündə üzürdü və su daşmamışdı. Buddist hörmətlə adamın qarşısında əyildi və adamı içəri dəvət etdi.
Suyu daşırmayan bir gül yarpağına hər zaman yer var.
Tarix: 03.12.2014 / 14:02 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Maraqli Hekayeler