Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyata bir də bu gözlə baxın

Bir nəfər həyəcanla ora-bura var-gəl edirdi. Hiss olunurdu ki, nə isə axtarır.
Bir azdan var-gəl etməkdən yoruldu və yol kənarında dayanan avtomobilə yaxınlaşdı. Üzünü avtomobilin arxa oturacağında oturan uşağa tutaraq:

— Buraları tanımıram. Parkın yanında yerləşən çörək sexini axtarıram. Bura çox yaxın olduğunu deyirlər. Ancaq heç cür tapa bilmirəm, — dedi.

Uşaq avtomobilin pəncərəsini axıra qədər açdı. Sonra:

— Mən də bura ilk dəfədir ki, gəlirəm. Ancaq hər halda sağ tərəfə getsəniz, yaxşı olar, — dedi.

O, uşağın bunu haradan bildiyini soruşdu. Uşaq:

— Cökə çiçəklərinin iyini hiss etmirsiniz? Quş səsləri də oradan gəlir, — deyə gülümsədi.

Adam heyrətdən donub qalmışdı. Daha sonra uşaq:

— Dərindən nəfəs alsanız, sobadan təzə çıxan çörəklərin ətrini də hiss edə bilərsiniz, — deyə davam etdi.

Adam dərindən nəfəs alandan sonra cibindən kağız pul çıxardı. Uşağa vermək istəyəndə onun kor olduğunu gördü. Uşaq işığa həsrət gözlərini ondan gizləməyə çalışaraq:

— Gözlərimi üç il əvvəl bir qəzada itirmişəm. Heç olmasa bir dəfə görməyi nə qədər çox istərdim? — dedi.

Adam bir anlığa uşağın göstərdiyi tərəfə baxdı və:

— Yox, əslində gözləri görməyən sən yox, mənəm, — deyə dilləndi…


Tarix: 03.12.2014 / 14:45 Müəllif: Aziza Baxılıb: 132 Bölmə: Maraqli Hekayeler
loading...