Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Itirilmiş ata

Bir gənc həbs olunur. İttihamçı onu uşaqlığından tanıyırmış və həmçinin məşhur bir yazıçı olan atası ilə də tanış imiş. O, müttəhimdən soruşur:
- Atanı xatırlayırsanmı?
- Çox gözəl tanıyıram.

İttihamçı günahkarın vicdanını yoxlamaq üçün soruşur:
- Məhkum ediləcəyin anda çox mükəmməl insan olan atanı düşünərkən onun haqqında nə xatırlayırsan?

Bir az sükutdan sonra müttəhim gözlənilməz bir cavab verir:
- Bir öyüd-nəsihət almaq üçün yanına gedərkən başını kitabdan qaldırdığını və mənə: “Mənə mane olma, məşğulam” dediyini xatırlayıram. Ona yoldaşlıq etmək üçün yaxınlaşdıqda: “Əl çək məndən, bu kitabı bitirməliyəm”, — deyərdi. Hörmətli hakim siz onu bir məşhur yazıçı kimi, mən isə itirilmiş ata kimi xatırlayıram.

Hakim öz-özünə: “Yazıq, kitabı bitirdi, amma oğlunu itirdi”.


Tarix: 01.12.2014 / 17:54 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Maraqli Hekayeler
loading...