Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çiçəklər sevgi rəmzidir

Böyük bir hökmdarın 3 oğlu olur və onlardan birini varis seçmək istəyir. Bu isə çox çətin olur, çünki hər üçü həm ağıllı, həm də cəsur olur. Üçəm olduqları üçün də yaş fərqləri olmur və bu daha da çətinləşdirir seçimi. Hökmdar müdrik bir şəxslə məsləhətləşir və qərara gəlir.

Evə qayıdan kimi oğullarını çağırır yanına və onlara çiçək toxumları verib, bir neçə illik səyahətə çıxacağını söyləyir. Toxumları yaxşı saxlamağı tapşıraraq, səyahətdən qayıdanda toxumları geri istəyəcəyini bildirir. Hökmdar səyahətə çıxır.

Birinci oğul nə edəcəyini düşünüb, qərara alır ki, həmin toxumları dəmir seyfdə saxlasın və atası qayıdanda toxumlar olduğu kimi qalacaq.

İkinci oğul düşünür ki, əgər mən də onu kimi saxlasam toxumlar xarab olub gedəcək və mağazaya gedib satır toxumları. Atası qayıdanda da həmin pula atasının verdiyi toxumlardan da yaxşısını alıb verəcəyini düşünür.

Üçüncü oğul isə bağa gedib toxumları səpir.

Üç ildən sonra ata səyahətdən qayıdır və birinci oğul seyfdən toxumları çıxarmaq istəyəndə görür ki, toxumlar iy verir, xarab olub.

- "Bu nədir? Məgər mən sənə verdiyim toxumlar belə idi? Mən verdiklərim çiçək aça və gözəl ətir bəxş edə bilirdi, amma sənin saxladıqların üfunətlidir" - deyə ata başını buladı.

Oğlan etirazını bildirdi ki, həmin toxumlardı elə, atası isə:

- Sən materialistsən!

İkinci oğul isə tez qaçır bazara və yeni toxumlar alıb gətirir atasına. Atası baxıb deyir:

- Axı bu mən verən toxumlar deyil. Düzdür, sənin fikrin daha yaxşıdır, amma bu, mənim səndə görmək istədiyim xüsusiyyət deyil. Sən psixoloqsan!

Ata böyük ümid və həmçinin qorxu ilə yaxınlaşır üçüncü oğluna. Oğlan atasını milyonlarca gül-çiçək bəzəmiş bağa aparır və deyir:

- Ata, sənin verdiyin toxumları burada əkmişəm və onlar yetişəndə hamısını sənə qaytaracam.

- "Sənsən mənim varisim. Bu cür etmək lazım idi toxumları" - deyib ata fərəhləndi.

Tədarükçü həyatı dərk etmir, hesablayan ağıl da itirə bilər həyatı. Ancaq yaradıcı ağıl başa düşə bilər həyatı. Çiçəklərin gözəlliyi də ondadır ki, onlar ehtiyat kimi saxlanıla bilməz. Onlar sevgini simvolizə edir, sevgini isə saxlamaq düz deyil.

Təsadüfi deyil ki, bütün əsrlərdə, bütün ölkələrdə, istənilən cəmiyyətdə çiçəklər sevginin rəmzidir. Sevgi də çiçək kimidir, əgər o, sənin qəlbində çiçəklənibsə, onu bölüşmək, paylaşmaq lazımdır. Onu nə qədər çox paylaşırsansa, bir o qədər də sənin qəlbində böyüyəcək. Əgər sən onu bölüşməyə davam edəcəksənsə, gün gələcək, sən əvəzsiz və tükənməyən eşq mənbəyi olacaqsan.


Tarix: 01.12.2014 / 15:31 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Maraqli Hekayeler
loading...