Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Axmaq" şagird

Yeni müəllim sinfə gələrək bir şagirdin digərləri tərəfindən lağa qoyulduğunu və axmaq adlandırıldığını görür. Tənəffüs zamanı müəllim şagirdlərdən onu niyə axmaq adlandırdıqlarını soruşur.

-Müəllim, o həqiqətən də axmaqdır. Əgər ona dəyəri az, lakin böyük olan 5 gümüş şekel (İsraildə pul vahidi) və dəyəri böyük, lakin ölçüsü kiçik olan 10 şekel versəniz, o 5 şekel seçəcək. Çünki elə bilir ki, ölçüsü böyük olan gümüş pul daha bahadır. Budur, baxın…

Oğlan cibindən iki qəpik çıxarır və axmaq adlandırdığı oğlandan birini seçməsini istəyir. Oğlan həmişəki kimi 5 gümüş şekeli seçir. Müəllim təəccüblə soruşur:

— Nəyə görə sən, 10 şekeli deyil, 5 şekeli seçdin?

— Müəllim, baxın, axı bu həqiqətən də böyükdür!

Dərsdən sonra müəllim həmin şagirdə yaxınlaşdı.

— Sən həqiqətən anlamırsan ki, 5 şekel sadəcə ölçüsünə görə 10 şekeldən böyükdür və onunla daha çox şey almaq olar?

— Əlbəttə başa düşürəm.

— Bəs onda nəyə görə 5-i seçirsən?

— Çünki, əgər mən 10-u seçsəm, onlar birdə heç vaxt mənə pul verməyəcəklər.


Tarix: 03.12.2014 / 14:18 Müəllif: Aziza Baxılıb: 81 Bölmə: Maraqli Hekayeler
loading...